Gündəm

"Sumqayıt" ərəbləri darmadağın edib

21 İyul 2017 16:14

2017/2018 futbol mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçını keçirib.  "kimyaçılar" Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Fateh" klubu ilə üz-üzə gəlib. Qarşılaşma VON Resort Hotelinin stadionunda yerli saatla 18:00-da start götürüb.

AMEA Naxçıvan Bölməsinin 6 aylıq nailiyyətləri

21 İyul 2017 16:11

2017-ci ilin birinci yarısında AMEA Naxçıvan Bölməsi bir sıra yeni uğurlar əldə edib. Bölmənin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bölmə bu ilin birinci yarısında fəaliyyətini 6 istiqamət, 7 mövzu, 34 iş üzrə 78 mərhələdə davam etdirib. Bölmədə Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyəti, mədəni mühiti, təbii sərvətləri, sosial-iqtisadi inkişafı, coğrafi şəraiti, potensial enerji mənbələri, biomüxtəlifliyi, qədim əlyazmaları, günəş sistemi cisimlərinin tədqiqinə həsr olunan tədqiqatlar aparılıb.

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə

21 İyul 2017 16:06

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan olunub. Dövlət İmtahan Mərkəzindən  (DİM) verilən məlumata görə, ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 24 iyuldan 14 avqustdək saat 18:00‑dək DİM (Gənclik binası, AZ1110, Bakı şəhəri, K. Rəhimov küçəsi, 874-cü məhəllə) (bundan sonra - Mərkəz) tərəfindən aparılır. Sənədlər şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək), yaxud poçt vasitəsilə Mərkəzə təqdim edilə bilər.

Elmar Məmmədyarov Macarıstan səfiri ilə vidalaşdı

21 İyul 2017 16:05

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotskini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, səfir İmre Laslotski diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb. E. Məmmədyarov İ. Laslotskiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Yıldırım: Zəlzələ nəticəsində 20-dən artıq Türkiyə vətəndaşı xəsarət alıb

21 İyul 2017 16:02

Bu gecə Türkiyədə baş verən zəlzələ nəticəsində 20-dən artıq Türkiyə vətəndaşı xəsarət alıb. Bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib. Baş nazir vurğulayıb ki, zəlzələ nəticəsində ölən olmayıb, lakin kiçik dağıntılar qeydə alınıb.

""Qəbələ" mərhələ keçməyə layiq idi" - Marian Kelemen

21 İyul 2017 15:59

"Biz "Qəbələ" üçün heç də asan rəqib olmadıq. Real şanslarımız yaransa da, istifadə edə bilmədik".  "Yagelloniya"nın qapıçısı Marian Kelemendeyib. UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ" ilə öz meydanlarında keçirdikləri (0:2) qarşılaşmanı dəyərləndirən Polşa klubunun qolkiperi bəxtsizlikdən gileylənib: "Rəqibin vurduğu ilk qolda bəxtimiz gətirmədi. Bakıda olduğu kimi, burdakı qolda da bəxt onların üzünə güldü. Əgər İlqar Qurbanovun zərbəsindən sonra top müdafiəçiyə dəyməsəydi, heç vaxt qapıdan keçməzdi. İlk görüşdə isə onun zərbəsindən sonra top təsadüfən hücumçularının ayağına dəyib tora düşdü. Biz isə əlimizə düşən imkanları dəyərləndirə bilmədik. Çox pis oldu".

Emma boşanma xəbəri haqda: "Onun dərdini çəkəcəm?"

21 İyul 2017 15:58

Müğənni Emma Ələkbərzadə boşanma xəbərindən danışıb. Sənətçi "ATV maqazin onlarla" verilişində deyib ki, bu cür şayiələr çox eşitsələr də, əhəmiyyət vermirlər: "Ayrılıq sualını yoldaşıma verəndə biz bir yerdə idik. Bu xəbərə güldük. Mənim üçün lazım olmayan bir mövzudur. Desinlər... Oturub hər şeyin dərdini çəkəcəm? Xeyr, ola bilməz. Həyat gözəldir, bu haqda danışmaq lazımdır".

205 turist ərazidən çıxarılır: Kosda zəlzələ tarixi minarəni dağıtdı - VİDEO

21 İyul 2017 15:46

Egey dənizi sahillərində bu gecə baş verən zəlzələnin fəsadları səngimək bilmir.  Hürriyet-in Afinadakı müxbiri Bodrum yaxınlığındakı Yunanıstanın Kos adasında 205 türk turistin evakuasiyasına başlanıldığını deyib. O, Kosda zəlzələnin tarixi minarəni dağıtdığını da sözlərinə əlavə edib.

Poçt şöbəsindən seyfi oğurlanıb

21 İyul 2017 15:44

Baş Cinayət Axtarışı İdarəsi, Beyləqan RPŞ və İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 19-da Beyləqan rayonunun Bünyadlı kəndindəki mağazalardan birindən 490 manat pul oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri Qaraş Talıbov və bir yeniyetmə tutulublar.

Avtomobil 4 aylıq uşağı və anasını vurub öldürdü

21 İyul 2017 15:42

İyulun 20-də saat 21 radələrində Gəncə şəhərinin 28 May küçəsində şəhər sakini Ramin Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qucağında 4 aylıq oğlu olan Dilarə Bağırovanı vurub. DİN-dən “Olaylar”a verilən məlumata görə,  idarəetməni itirdiyindən avtomobili yolun əks istiqamətində hərəkətdə olan şəhər sakini Eldəniz Ələkbərovun idarə etdiyi “Daevoo” markalı avtomobilə çırpıb. Nəticədə xəstəxanaya yerləşdirilən D.Bağırova və uşaq orada ölüblər. Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

“Mercedes” yolu keçən piyadanı vurub

21 İyul 2017 15:39

Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, iyulun 20-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Bəhman Səfiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Şəki rayon sakini Elman Musayevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.  Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Dövlət azad mətbuatın inkişafında maraqlıdır

21 İyul 2017 15:38

Sirr deyil ki, Azərbaycan mətbuatı daim dövlət qayğısı ilə əhatə olunub. Xüsusən, Prezident İlham Əliyev mətbuatın inkişafı, azad mətbuatın formalaşması, söz və fikir azadlının təmin olunması, eləcə də media işçilərinin sosial məişət şəraitinin yaxşılaşdırılması kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Artıq dövlət başçısı öz əməli addımları ilə medianın sərbəst fəaliyyətinin təminatçısı olduğunu sübuta yetirib. Milli Mətbuat günü münasibətilə daha 155 jurnalistə yeni mənzilin verilməsi isə dünyada anoloqu olmayan hadisədir.

İqtisadiyyat naziri Xırdalanda vətəndaşları qəbul edib

21 İyul 2017 15:34

İyulun 21-də İqtisadiyyat naziri Şahin Mustafayev Xırdalan şəhərində Abşeron, Qubadlı rayonları və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması,  istehsal və emal müəssisələrinin, istixanaların yaradılmasına dəstək göstərilməsi, bəzi məhsullara ixrac təşviqinin şamil edilməsi, sosial və s.

“Qoşunları ölkədən çıxar!” - Rusiyaya qarşı QƏRAR

21 İyul 2017 15:33

Moldova parlamenti sülh kontingentinə daxil olan Rusiya hərbçilərinin ölkə ərazisindən çıxarılması haqqında bəyannaməni təsdiq edib.  Bu, yalnız siyasi bəyanatdır və heç bir hüquqi qüvvəsi yoxdur. 2017-ci ildə tanınmamış “Dnestryanı Moldova Respublikası”nda sülh əməliyyatının başlanmasından 25 il keçir. Münaqişə zonasında yerləşdirilən sülh kontingentinin tərkibinə 402 Rusiya, 492 Dnestryanı, 355 Moldova hərbi qulluqçusu, həmçinin Ukraynadan on hərbi müşahidəçi daxildir.

Sürücü həmkarına atəş açan Masazır sakini tutulub

21 İyul 2017 15:28

İyulun 20-də saat 1:00 radələrində üzərində dövlət qeydiyyat nişanları olmayan "Lexus" markalı avtomobildə Abşeron rayonu ərazisindəki otellərdən birinin qarşısına gələn naməlum sürücü ilə oranın mülki gözətçisi arasında münaqişə baş verib.