Ermənistanda Azərbaycan əsgəri saxlanıldı
18:49 SiyasətAzərbaycanlı hərbçi naməlum şəraitdə Ermənistan ərazisinə keçib.
Oxu.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata əsasən, oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzur vilayətinin Şəki yaşayış məntəqəsində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.
Qeyd olunur ki, Şəki kəndində Azərbaycan əsgərinin saxlanması barədə Azərbaycan tərəfinə də məlumat təqdim edilib. Hazırda Ermənistan İstintaq Komitəsində faktla bağlı araşdırma aparılır. Yaxın dəqiqələrdə məsələ ilə əlaqədar Azərbaycan tərəfinin də açıqlama yayacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31