Gündəm
Haynrix Böllün əsərləri tərcümə olundu
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – XX əsr Almaniya ədəbiyyatının görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı Haynrix Böllün “Bir təlxəyin düşüncələri” və “…Və bircə kəlmə də demədi” romanları daxil edilmiş “İki roman” kitabı işıq üzü görüb.
Oğurluqda şübhəli bilinən Bankə sakini tutulub
Neftçala rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 19-da rayon ərazisindəki evlərdən birindən 550 manat pul oğurlamaqda şübhəli bilinən Bankə qəsəbə sakini Rəhim Süleymanov tutulub. Faktla bağlı araşdırma aparılır.
Halal və ədalətli bölgü
142 yaşın astanasında olan Azərbaycan mediası yenə özünün sevincli günlərini yaşayır. Yenə ölkənin mətbu cameəsinə bu sevinci bəsş edən Azərbaycan dövləti və onun Prezidenti Cənab İlham Əliyevdir.
Bu iki general vətəndaşları QANUNSUZ DİNLƏYİRMİŞ - MTN işi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
"Panatinaikos"un legioneri: ""Qəbələ" yaxşı komandadır"
"Alkmaar" kimi güclü rəqibə qarşı yaxşı oyun oldu. Fikrimcə, özümüzü artıq hazır saymaq olar". Bunu "Panatinaykos"un yarımmüdafiəçisiOmri Altman deyib.
Yəmən vəbanın əsirinə çevrilib: 368 min xəstə, 1800-dən çox ölü
Yəməndə bu il aprelin sonlarından 368 min nəfərdən çox vəba xəstəsi qeydə alınıb. 2017-ci il aprelin 27-dən iyulun 19-dək Yəmənin 23 vilayətindən 21-də 368 207 vəbaya yoluxma halı və xəstəlikdən 1828 ölüm halı qeydə alınıb.
Türkiyədə və Yunanıstandakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlı var?
Türkiyədə və Yunanıstanda baş vermiş zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı hələ ki qeydə alınmayıb.
Arvadını əxlaqsızlıq yuvalarına apardı və...
Dələduzluqda təqsirli bilinən Bənövşə Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyilə keçirilən prosesdə şahid qismində Bənövşə Süleymanovanın keçmiş həyat yoldaşı Elmar Paşayev ifadə verib.
“Davul səsi” mövsümə son qoydu
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı növbəti - 137-ci mövsümü geridə qoyub. Teatrdan “Olaylar” – a bildirilib ki, mövsümə türk dramaturq Hidayət Sayın “Davul səsi” əsəri əsasında hazırlanmış tamaşanın premyerası ilə yekun vurulub. Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb. Tamaşanın rejissoru Mirbala Səlimli, quruluşçu rəssam Nicat Məmmədovdur. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib.
Şok kadrlar: timsah öldürdüyü kişini qaytardı - VİDEO
İndoneziyada dünyanın ən qəribə hadisələrindən biri yaşanıb. Srağagün çayda çimən 41 yaşlı kişini öldürən timsah qurbanının cəsədini qaytarıb. 5 metr uzunluğu olan timsah Lempak çayında 41 yaşlı Siyarifiddunu qəflətən tutmuş, dişləyərək öldürmüşdü.
Rusiya Ermənistanın dilini dəyişir
Ermənistan hakimiyyətinin Avropa Birliyi, NATO həmləsinə Moskvadan cavab gecikmədi. Artıq Kreml İrəvanın şantaj xarakterli siyasətinə reaksiya verməyə başlayıb və cavab tədbirləri kifayyət qədər sərt şəkildə həyata keçirilməkdədir. Moskvanın Sarkisyandan bu dəfə ki tələbi rus dilinə Ermənistanda rəsmi olaraq yüksək statusun verilməsidir.
Novxanı çimərliyində iyrənc olay: Qadını döydülər
Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən çimərliklərdən birində xuliqanlıq hadisəsi baş verib. Novxanı çimərliyində istirahət edən 38 yaşlı Ceyhunə Rzayeva polisə müraciət edərək bildirib ki, Əflatun adlı şəxs onu döyüb.
Bakının mərkəzində nəqliyyatın sıxlığı aradan qaldırılacaq
Bu gün Bakı Nəqliyyat Agentliyi Yusif Səfərov küçəsi ilə bağlı nəzərdə tutduğu layihənin təqdimatını keçirib. Tədbiri giriş nitqi ilə açan BNA-nın ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mayis Ağayev deyib ki, Heydər Əliyev prospekti ilə mərkəzi ərazini birləşdirən ən əhəmiyyətli yol-Yusif Səfərov küçəsində aparılan təmir və yenidənqurma işlərinə baxmayaraq, hələ də bu yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
5 evi qarət edən yaxlanıb
5 evdən məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin iyun ayına qədər olan müddətdə paytaxt ərazisində 5 evdən məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Ramiz Abbasov tutulub.
Daha bir türk serialı bitir
Fox TV-də yayımlanan "No: 309" serialının final edəcəyi barədə xəbərlər yayılıb. Serialın prodüseri Faruk Turqut Tvitterdən açıqlama verərək xəbərlərin yalan olduğunu bildirib. O, ötən yaz başalayan layihənin reytinqlərdə də yaxşı yerlərdə qərarlaşdığını bildirərək hələ ki final qərarının olmadığını deyib.














