Haynrix Böllün əsərləri tərcümə olundu

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – XX əsr Almaniya ədəbiyyatının görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı Haynrix Böllün “Bir təlxəyin düşüncələri” və “…Və bircə kəlmə də demədi” romanları daxil edilmiş “İki roman” kitabı işıq üzü görüb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - XX əsr Almaniya ədəbiyyatının görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı Haynrix Böllün "Bir təlxəyin düşüncələri" və "...Və bircə kəlmə də demədi" romanları daxil edilmiş "İki roman" kitabı işıq üzü görüb.
Kitabın redaktoru Mahir N.Qarayev, "Ön söz"ün müəllifi filologiya elmləri doktoru Rüstəm Kamaldır. Əsərləri alman dilindən tanınmış tərcüməçi Vilayət Hacıyev çevirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31