Gündəm
Qaradağ Rayon İcra Hakimiyyəti jurnalistləri mükafatlandırdı
21 iyul 2017-cı il tarixində 22 iyul Milli Mətbuat günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin konfrans zalında tədbir keçirilmişdir. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçı cənab Süleyman Mikayılov, aparatın məsul işçiləri və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Milli mətbuatımızın yaranmasından 142 il ötdüyünü bildirərək, bütün mətbuat nümayəndələrini ürəkdən təbrik etmişdir.
Əmək Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 33 654 nəfər nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində cari ilin yanvar-iyun aylarında 33 654 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib.
Ukrayna mətbuatı: "Sarkisyan Ermənistanı Şimali Koreyanın aqibətinə sürükləyir"
Ukraynalı jurnalist Oleq Melniçenko yerli mətbuatda Ermənistan rəhbərliyinin vandal siyasətini pisləyən "Sarkisyan Ermənistanı Şimali Koreyanın aqibətinə sürükləyir" başlıqlı yazı ilə çıxış edib.
"Yol ayrımı" təqdim olunacaq
Yavuz Turgül ilə aktyor Şener Şenin birgə layihəsi olan “Yol ayrımı” – nın çəkilişləri tamamlanıb. “Olaylar” “Cumhuriyyet” - ə istinadən bildirir ki, istehsalçı şirkət TMC, prodüsseri Erol Avcı, görüntü rejissoru Uğur İçbakın üstələndiyi film, 100 nəfərlik qrupun 8 həftəlik əməyi ilə sayəsində filmsevərlərə təqdim olunacaq. Şener Şeni filmdə Mazhar Kozanlıyı canlandırıb. Bundan əlavə filmdə Rutkay Əziz, Çiğdem Selışık Onat, Tilbe Saran, Ruhsar Öcal, Nihal Yalçın, Mert Fırat və Defne Kayalar da yer alıb.
"Oyunçulara dedim ki, başınızı dik tutun" - "Yagelloniya"nın baş məşqçisi
"Məyus olduğumuz heç kimə sirr deyil. Bu oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Bizim oyunda topu qəbul edərkən aqressiya, qərarlılıq və topla cəld davranma çatışmırdı".
“Bakcell”in dəstəyi ilə “Təhsil Avtobusu-2017” Yay Məktəbi başlayır
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi, “ENGİN” şirkəti və Kapital Bankın təşkilatçılığı ilə "Azərbaycan üçün Öyrət’’ təhsil proqramı çərçivəsində 24 – 31 iyul 2017-ci il tarixində “Təhsil Avtobusu - 2017” Yay Məktəbi keçiriləcək.
Elm festivalı 2018 – ci ildə - AZƏRBAYCANDA
AMEA-nın Alimlər evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva Nyu-Yorkda keçirilən Dünya Elm Festivalının 10 illik yubileyinə həsr olunan tədbirdə iştirak edib. Akademiyadan “Olaylar” – a bildirilib ki, festival çərçivəsində N.Quliyeva Dünya Elm Festivalının direktoru Jyudit Koksla rəsmi görüş keçirib, gələcək əməkdaşlıq barədə razılıq əldə olunub. Görüş zamanı 2018-ci ildə Azərbaycanda elm festivalının açıq formatda təşkil olunacaq proqramlarında bu ölkələrin nümayəndələrinin də iştirak edəcəyi bildirilib.
Çimərlikdə silah səsləri
Türkiyənin Tunceli vilayətinin Pülümür qəsəbəsində çay kənarındakı çimərlikdə olan vətəndaşlar silah səsləri eşidiblər. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Gökçek Təhlükəsizlik Qüvvələrinə PKK terrorçularınınəraziyə hücum təşkil etdiyini, vertolyotların bölgədə təyin olunan hədəfləri bombalayacağı məlumatı daxil olub.
Bakıda güclü yanğın: Böyük tıxac yarandı
Xəzər rayonunun Qala qəsəbəsində güclü yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun verdiyi məlumata görə, yanğın quru otlaq sahəsində olub. Nazirliyin Yanğın Mühafizə Hissəsinin əməkdaşları əraziyə yolanıblar. Yanğının söndürülməsi istiqamətində iş gedir.
Təbiətə 5100 manat məbləğində ziyan vuruldu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev 22 ünvanında yaşayan bir qrup sakin tərəfindən ağacların kəsilərək yerində tikinti işlərinin aparılması ilə bağlı şikayət daxil olub. Nazirlikdən “Olaylar” – a bildirilib ki, nazirliyin əməkdaşları tərəfindən şikayətçilərin iştirakı ilə yerində araşdırma aparılıb.
Məşhur uşaq mahnımız Rusiyanın verilişində əcnəbi dildə... - VİDEO
Rusiyanın tanınmış gənc rəssamı Pyotr Lovyginin səyahətlər üzərində qurulan verilişinin növbəti "dayanacağı" Pakistan olub.
"Arka sokaklar"ın məşhur cütlüyünün toy tarixi bəlli oldu
"Arka sokaklar" serialında tərəf müqabili olduqdan sonra ailə quran və bir müddət sonra boşanan Gamze Özçelik və Uğur Pektaş ikinci dəfə evlənir. Bir uşaqları olan cütlük 3 həftə əvvəl gizli şəkildə barışaraq münasibətlərini bərpa ediblər.
Soçidə Azərbaycan və Rusiya prezidentləri arasında görüş olacaq
Rusiya Prezidenti Vladimir Putin bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Bunu jurnalistlərə RF dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Müəllimi vəhşicəsinə qətlə yetirən terrorçular öldürüldü
Türkiyədə terrorla mübarizə çərçivəsində həyata keçirilən əməliyyatlarda son gündə 17 terrorçu zərərsizləşdirilib. Tunceli əyaləti Jandarm Komandirliyindən verilən məlumata görə, bir qrup terrorçu aşkar edilərək dərhal məhv edilib. Komandirlikdən verilən məlumata görə, daha 6 terroçu ölü olaraq ələ keçirilib.
ABŞ vətəndaşlarına bu ölkəyə getməyi qadağan edəcək
ABŞ öz vətəndaşlarına Koreya Xalq Demokratik Respublikasına səyahətləri qadağan etməyi planlaşdırır. “Turaqentstv” saytına istinadən BBC bildirib.






.jpg)







