Çimərlikdə silah səsləri
Türkiyənin Tunceli vilayətinin Pülümür qəsəbəsində çay kənarındakı çimərlikdə olan vətəndaşlar silah səsləri eşidiblər. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Gökçek Təhlükəsizlik Qüvvələrinə PKK terrorçularınınəraziyə hücum təşkil etdiyini, vertolyotların bölgədə təyin olunan hədəfləri bombalayacağı məlumatı daxil olub.
21 İyul 2017 14:11 DünyaTürkiyənin Tunceli vilayətinin Pülümür qəsəbəsində çay kənarındakı çimərlikdə olan vətəndaşlar silah səsləri eşidiblər. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki,
Gökçek Təhlükəsizlik Qüvvələrinə PKK terrorçularınınəraziyə hücum təşkil etdiyini, vertolyotların bölgədə təyin olunan hədəfləri bombalayacağı məlumatı daxil olub.
Mərkəzdən 20 kilometr uzaqlıqda yerləşən Gökçek Təhlükəsizlik Qüvvələrinin binası bir qrup PKK terrorçuları tərəfindən atəşlərə məruz qalıb. Polis əməkdaşları cavab atəşi ilə terrorçularala mübarizə aparıblar. Davamlı qarşıdurma yaxınlarındakı Pülümür çay kənarındakı çimərlikdə sərinləməyə çalışan vətəndaşları qorxudub.
***