Elm festivalı 2018 – ci ildə - AZƏRBAYCANDA

AMEA-nın Alimlər evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva Nyu-Yorkda keçirilən Dünya Elm Festivalının 10 illik yubileyinə həsr olunan tədbirdə iştirak edib. Akademiyadan “Olaylar” – a bildirilib ki, festival çərçivəsində N.Quliyeva Dünya Elm Festivalının direktoru Jyudit Koksla rəsmi görüş keçirib, gələcək əməkdaşlıq barədə razılıq əldə olunub. Görüş zamanı 2018-ci ildə Azərbaycanda elm festivalının açıq formatda təşkil olunacaq proqramlarında bu ölkələrin nümayəndələrinin də iştirak edəcəyi bildirilib.

AMEA-nın Alimlər evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva Nyu-Yorkda keçirilən Dünya Elm Festivalının 10 illik yubileyinə həsr olunan tədbirdə iştirak edib. Akademiyadan "Olaylar" - a bildirilib ki, festival çərçivəsində N.Quliyeva Dünya Elm Festivalının direktoru Jyudit Koksla rəsmi görüş keçirib, gələcək əməkdaşlıq barədə razılıq əldə olunub. Görüş zamanı 2018-ci ildə Azərbaycanda elm festivalının açıq formatda təşkil olunacaq proqramlarında bu ölkələrin nümayəndələrinin də iştirak edəcəyi bildirilib.

Dünya Elm Festivalı açıq şəkildə Nyu-Yorkun Tayms meydanında, qapalı formada isə müxtəlif elmi diskussiyaların aparıldığı zallarda təşkil olunub. Tayms meydanında şoularla başlayan Dünya Elm Festivalının açılışı "Rose" Teatrı və "Linkoln Mərkəzi"ndə Caz evinin düzənlədiyi tamaşa və konsert proqramları ilə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31