Gündəm
81 yaşlı atasını diri-diri yandıran oğul MƏHKƏMƏ QARŞISINDA
81 yaşlı atasının üstünə benzin tökərək yandırıb öldürən İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
"Qəbələ"dən sıçrayış
Avropa Liqasının II təsnifat mərhələsindən sonra klubların reytinqi açıqlanıb. Siyahıda Avropanın 442 komandası yer alıb. Avropa Liqasında mərhələ adlayan "Qəbələ" hesabına 0,500 xal əlavə edib. Bununla, əmsalını 5,250-yə çatdıran təmsilçimiz 13 pilləlik sıçrayışa nail olub. Bir gün öncə Avropanın 181-cisi olan "Qəbələ" 168-ci yerə yüksəlib.
Bank sisteminin sağlamlaşdırılması əmanətçilərin bu sistemə etibarını artırır
Azərbaycanın bank sektorunda baş verən yeniliklər iqtisadi inkişafla yanaşı, hüquqi və fiziki şəxslərin də fəaliyyətinə dəstək məqsədi güdür. Elə bu günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətlərinin artırılması da bu sahədə yaranan münasibətlərin tənzimlənməsinə hesablanıb. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası öz səlahiyyətləri daxilində “Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in icrasına nəzarət həyata keçirəcək.
Azərbaycan ordusunun güclənməsi erməniləri təşvişə salıb
Azərbaycan işğal altında qalan torpaqlarının azad edilməsi məqsədilə bütün mümkün vasitələrdən istifadə etmək nioyyətindədir. Artıq sülh danışıqlarının səmərəsiz olduğunu görən Azərbaycan tərəfi hərbi sahədə inkişafa önəm vermək məcburiyyətində qalıb. Elə bu səbədən də son zamanlar ordunun maddi-texniki təchizatı, müasir silahlarla təminatı məsələsinə üstünlük verir. Artıq Azərbaycan qonşu Rusiyadan milyardlarla manat dəyəri olan silah-sursat alıb. Azərbaycanın hərbi baxımdan inkişaf etməsi isə Ermənistanda ciddi narahatçılıq yaradıb.
RF Ədliyyə Nazirliyi Lapşinin ekstradisiyası ilə məşğul olmağa hazırdır
Azərbaycanda həbs edilərək 3 il azadlıqdan məhrum edimiş Aleksandr Lapşin Rusiyaya ekstradisiyası ilə bağlı müraciət edərsə, RF Ədliyyə Nazirliyi buna təşəbbüs göstərəcək.
ABŞ və Rusiya arasında qarşılıqlı razılaşma üçün YENİ FÜRSƏT
“ABŞ Prezidenti Donald Trampın Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən gizli tətbiq edilən və Suriya ordusuna qarşı vuruşan müxalifətçilərə tədris və silah yardımı proqramını ləğv etmək qərarı Rusiya-ABŞ işbirliyi üçün bir fürsətdir”.
“WhatsApp”-dan super yenilik gəlir
“WhatsApp” bu dəfə də yeniliyi ilə istifadəçilərini sevindirəcək. İKT.lent.az xəbər verir ki, şəbəkə hazırda yeni funksiyanın üzərində test aparır.
Türkiyədəki zəlzələdən 4 dəqiqə öncəki görüntülər təəccübləndirdi - VİDEO
Bodrum sahillərində meydana gələn 6.3 bal gücündə zəlzələdən 4 dəqiqə əvvəl çəkildiyi iddia edilən görüntülər görənləri təəccübləndirib. Egey dənizində dünən gecə saat 01: 31 radələrində baş verən zəlzələ böyük qorxu və çaxnaşmaya səbəb olub.
Sabah hava necə olacaq…
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Azərbaycanda sabaha olan hava proqnozu açıqlayıb. Qurumdan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 22-də hava şəraiti yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 22-25° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir.
“Ermənilərin ruslara qarşı xəyanəti lazımınca dəyərləndirilmir”
Bu əlbəttə hökm deyil. Diplomatik və ya eyhamlı cümlələrə alışmış rəsmilər və ekspertlər üçün belə başlıq ikrah hissi yaradan kimi qəbul edilir. Amma eyhamlı yazıların, ütülənmiş fikirlərin çox olduğu dövrdə açıq mətnli tezislər bəlkə də daha faydalıdır. Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində vasitəçiliyi öz monopoliyasına keçirməsi şübhə yaratmayan hala çevrilib.
Yol polisi toy karvanları ilə bağlı xəbərdarlıq etdi
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi toy mövsümünün başlanması ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
Rusiyada 18 nəfərin ölümünün baiskarı Ermənistana qaytarıldı
Rusiyada 9 il müddətinə azadlıqdan məhrum olunmuş erməni sürücü Qraçya Arutunyan Ermənistana ekstradisiya olunub. O, cəzasının qalan hissəsini vətənində çəkəcək.
“MTN işi” məhkəməsində general Elçin Quliyevlə zərərçəkmiş arasında mübahisə yaranıb
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ələkbər Heydərovun epizodu üzrə ləğv edilmiş MTN-in Antiterror mərkəzinin sabiq əməkdaşı Fuad Fətəliyev ifadə verib.
İraqın vitse-prezidenti: "Peşmərgə" döyüşçüləri İraqda İŞİD-lə mübarizədə heç bir rol oynamayıb
“Peşmərgə” döyüşçüləri İraqda İŞİD-lə mübarizədə heç bir rol oynamayıb. Bunu RİA "Novosti”-yə müsahibəsindəİraqın vitse-prezidenti Nuri əl-Maliki deyib. “İraq Kürdüstanın rəhbər Məsud Bərzani xəyalpərəstdir. Dövlətlərin sərhədləri qan ilə cızılır. O bilir ki, "Peşmərqə" döyüşçüləri İŞİD-lə mübarizədə heç bir rol oynamayıb. ABŞ, İraq və İranın yardımı olmasaydı, Iraq Kürdüstanın paytaxtı İŞİD-ə təslim olacaqdı. Onların real gücü yoxdur.”
Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi dövlətin prioritetlərindəndir
“Müasir Azərbaycan dövləti dünya ölkələri üçün nümunə sayıla biləcək addımları ilə daim fərqlənib. İstər iqtisadi, istər sosial, istərsə də mədəni sahələrdə novatorluq edən Azərbaycan dövləti media sahəsində də qlobal miqyasda bir ilkə imza atdı. Məhz, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə jurnalistlər üçün binalar inşa edildi və 410 KİV nümayəndəsi ailəsinin mənzilə olan ehtiyacları dövlət hesabına təmin edildi.














