Azərbaycan ordusunun güclənməsi erməniləri təşvişə salıb
Azərbaycan işğal altında qalan torpaqlarının azad edilməsi məqsədilə bütün mümkün vasitələrdən istifadə etmək nioyyətindədir. Artıq sülh danışıqlarının səmərəsiz olduğunu görən Azərbaycan tərəfi hərbi sahədə inkişafa önəm vermək məcburiyyətində qalıb. Elə bu səbədən də son zamanlar ordunun maddi-texniki təchizatı, müasir silahlarla təminatı məsələsinə üstünlük verir. Artıq Azərbaycan qonşu Rusiyadan milyardlarla manat dəyəri olan silah-sursat alıb. Azərbaycanın hərbi baxımdan inkişaf etməsi isə Ermənistanda ciddi narahatçılıq yaradıb.
21 İyul 2017 13:46 SiyasətErmənistan himayədarına itaətsizlik nümayiş etdirir
Azərbaycan işğal altında qalan torpaqlarının azad edilməsi məqsədilə bütün mümkün vasitələrdən istifadə etmək nioyyətindədir. Artıq sülh danışıqlarının səmərəsiz olduğunu görən Azərbaycan tərəfi hərbi sahədə inkişafa önəm vermək məcburiyyətində qalıb. Elə bu səbədən də son zamanlar ordunun maddi-texniki təchizatı, müasir silahlarla təminatı məsələsinə üstünlük verir. Artıq Azərbaycan qonşu Rusiyadan milyardlarla manat dəyəri olan silah-sursat alıb. Azərbaycanın hərbi baxımdan inkişaf etməsi isə Ermənistanda ciddi narahatçılıq yaradıb. Ermənistan baş verən proseslərdən nəticə çıxarmaq əvəzinə, "günahkar ovuna" çıxaraq Rusiyanə hədəfə alıb. Ermənistan prezidenti Serj Sarkisyan açıq şəkildə bəyan edib ki, Rusiyanın Azərbaycana silah satması Rusiya-Ermənistan münasibətlərinin ən ağrılı tərəfidir. S. Sarkisyan deyib ki, bu məsələ Ermənistan-Rusiya dostluğunun, Ermənistan-Rusiya hərbi əməkdaşlığının ən ağrılı tərəfidir: "Bu, bir çox məsələyə kölgə salır. Digər tərəfdən isə bəzi məqamlar var ki, bizim üçün qəbuledilməz, Rusiya üçün isə qəbuledilən sayıla bilər. Hələ ki, ciddi bir şey baş verməyib. Hansısa məqamda bu, ağır fəsadlara gətirib çıxaracaqsa, o zaman ittiham etmək olar. Ağır fəsadlar olmayacaqsa, o zaman biz bunu Rusiyanın regionda vəziyyəti sabitləşdirmək üçün uzunmüddətli siyasi fəaliyyəti kimi qəbul etməliyik". Rusiya ilə hərbi əməkdaşlığa son qoyulması, yaxud azaldılması məsələsinə gəlincə, S. Sarkisyanın sözlərinə görə, bunlar çox təhlükəli fikirlərdir, çox ağır vəziyyətə gətirib çıxara bilər: "Bizə deyirlər əməkdaşlıq etdiyimiz tərəfləri yenidən nəzərdən keçirək. Kimi nəzərdən keçirək? Türkiyəni, ya NATO-nu? Onlar bizi bəyəm böyük məmnuniyyətlə gözləyir?" Ermənistanın müdafiə naziri Viqen Sakisyan da etiraf edib ki, Rusiyanın Azərbaycana silah və hərbi texnika göndərməsi Ermənistan ictimaiyyətində çox ciddi narahatlıq yaradır. Onun sözlərinə görə, Ermənistan cəmiyyəti Rusiyanın Azərbaycana silah-sursat, hərbi texnika göndərməsi məsələsinə çox ciddi yanaşır: "Bu silah-sursat bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir. Necə ki, 2016-ci ilin aprelində belə bir vəziyyət yarandı. Bu silahların ermənilərə qarşı istifadə edilməsi Ermənistan ictimaiyyəti tərəfindən çox ciddi emosiya ilə ilk olaraq Rusiyaya qarşı etiraz dalğası baş qaldırır". Erməni nazir deyib ki, ölkəsi Rusiya ilə həqiqi müttəfiqdir: "Bunu hamı bilir. Əgər hər hansı formadasa rus silahlari münaqişənin həllində disbalans yaradaraq risk faktoruna çevriləcəksə, düşünürəm ki, bu, ilk növbədə Rusiyanın marağına uyğun deyil".
Qeyd edək ki, Rusiyanın Azərbaycana silah satması Ermənistan cəmiyyətində də ciddi narahatlıq doğurmaqla yanaşı, Rusiyaya qarşı bir etiraz kampaniyasına başlanılıb. Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin yaranması isə təbbi olaraq Kremlin heç xoşuna getmir. Bunu diplomatik kannallarla İrəvan rəhbərliyinə çatdırıb. Bundan sonra Serj Sərkisyan və onun ətrafı bunun hansı ağır nəticələrə səbəb olacağından ehtiyatlanaraq geri çəkilməyə məcbur olub. Ona görə də bu günlərdə mətbuata açıqlamasında Rusiyanın Azərbaycana silah satmasını Rusiyanın daxili işi hesab etməklə yanaşı, Rusiyaya qarşı hər hansı sərt mövqelərinin Ermənistan üçün acı fəsadlara səbəb olacağını da dilə gətirib. Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə deyib ki, Sərkisyan Rusiyanın verəcəyi dərsin necə Ermənistana necə baha başa gələcəyini yaxşı anlayır. "2016-ci il aprel döyüşləri Sərkisyan üçün bir dərs olub. O yaxşı bilir ki, Azərbaycan hərbi əməliyyatlara başlayarsa və rusiya buna göz yumarsa, bunun hansı vəziyyət yaradacağını yaxşı anlayır. Sərkisyan bilir ki, Rusiya hərbi əməliyyatlar zamanı bir neçə günlük prosesə müdaxilə etməzsə, Azərbaycan məsələni güc yolu ilə qısa zamanda həll edəcək. Odur ki, aprel hadisələri Sərkisyan üçün bir dərsdir". Rusiya Federasiya Şurasının Ermənistan-Rusiya birgə hərbi birləşmələr yaradılması haqqında sazişi ratifikasiya olunmasından ermənilərin təbliğat kampaniyasına gəldikdə İ. Vəlizadə deyib ki, birgə hərbi birliklərin yaradılan zaman əslində idarəçilik Rusiyanın əlində olacaq. "Baxmayaraq ki, sülh şəraitində İrəvan da bu hərbi birliklərə rəhbərlik edə bilər, ancaq istənilən halda bu birliklərdən istifadə Rusiyanın razılığı ilə həyata keçirilməlidir". Bu hərbi birliklərin yaradılmasından Azərbaycana qarşı təbliğat maşını kimi istifadəsinə gəldikdə isə politoloq deyib ki, bu blefdir: "Rusiya bundan hansısa münaqişə zmanı istifadə etməsi mümkün deyil. Ermənilər sadəcə bununla gözə kül üfürmək istəyirlər ki, guya onlar da bölgədəki hərbi-siyasi proseslərdə iştirak edəcəklər. Ancaq reallaıq tamam başqadır. Bu gün Ermənistanın sərhədlərinə Rusiya nəzarət edir. Bundan əlavə olaraq hava hücümundan müdafiə sistemi də Rusiyanın nəzarətindədir. Indi isə birgə hərbi birliklər yaratmaqla əslində Ermənistanın tamamilə Rusiyanın təsir dairəsinə salmaqdan ibarətdir. Ona görə də ermənilərin bu hərbi birliklərdən Qarabağda nə zamansa istifadəsi kimi düçüncələri xülyadan başqa bir şey deyil. Burada digər ikinci əsas amil ondan ibarətdir ki, Rusyanın belə bir hərbi birlik yaratması digər siyasi hərbi birliklərə və dövlətlərə, xüsusən də NATO-ya, Türkiyəyə, Avropaya bir mesajıdır. Bununla bölgədəki vəziyyətə necə təsir etdiklərini və nəzarətləridnə saxladıqlarını nümayiş etdirmək sitəyirlər". Bütün halda Ermənistan dərk etməlidir ki, Rusiya dünyada ən iri silah istehsalçısı və tədarükçü ölkələrdən biridir. Rusiya silah ticarəti ilə məşğul olur və dünyanın onlarla ölkəsinə, o cümlədən KTMT-yə daxil olmayan ölkələrə tədarük edir. Bu, Rusiyanın biznesi, bazarı və iqtisadiyyatıdır. Azərbaycanın isə itirilmiş torpaqlarını geri qaytarmaqdan ötrü həmin silahlardan yararlanması təbii qəbul edilməlidir.
Alim