ABŞ və Rusiya arasında qarşılıqlı razılaşma üçün YENİ FÜRSƏT

“ABŞ Prezidenti Donald Trampın Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən gizli tətbiq edilən və Suriya ordusuna qarşı vuruşan müxalifətçilərə tədris və silah yardımı proqramını ləğv etmək qərarı Rusiya-ABŞ işbirliyi üçün bir fürsətdir”.

"ABŞ Prezidenti Donald Trampın Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən gizli tətbiq edilən və Suriya ordusuna qarşı vuruşan müxalifətçilərə tədris və silah yardımı proqramını ləğv etmək qərarı Rusiya-ABŞ işbirliyi üçün bir fürsətdir". Bu barədə Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev açıqlama verib. O, Trampın bu addımının iki ölkə arasında Suriyada terrora qarşı ortaq mübarizə mövzusunda dialoq qurulması üçün bir fürsət olduğunu deyib.

Rusiya Xarici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Artyom Kojin də rəsmi Moskvanın Yaxın Şərqdəki gərginliyi aradan qaldırmaq üçün atılacaq hər addımı dəstəklədiyini açqılayıb: "Rusiya gərginliyi aradan qaldıran və Yaxın Şərqin təhlükəsizliyini gücləndirməyi hədəf seçən hər bir addımı məmnuniyyətlə dəstəkləyəcək". Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31