Gündəm

20 nazirlik əməkdaşı və  34  media işçisi həbs olundu

21 İyul 2017 12:44

Türkiyənin paytaxtı Ankara şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat həyata keçirilib. “Olaylar” “Anadolu” ahentliyinə istinadən bildirir ki, aparılan əməliyyatlar zamanı hal – hazırda fəaliyyət göstətməyən media qurularında çalışmış 34 jurnalist həbs olunub. Meşə və Su İşləri nazirliyinin isə 20 əməkdaşı  haqqında həbs qərarı çıxarılıb.

Təhlükəli virusla bağlı xəbərdarlıq - Azərbaycanda vəziyyət necədir?

21 İyul 2017 12:43

Yəməndə 45 mindən çox insan vəbaya yoluxub. Beynəlxalq Qızıl Xaç Komitəsinin yaydığı məlumatda may-iyul aylarında 45700 nəfərin müalicə edildiyini açıqlayıb. Komitənin yaydığı məlumata görə, vəbaya qarşı 12 şəhərdə hamilə qadınlar, uşq və ağır xəstələr antibiotik, digər lazımı dərman, iynələrlə təmin edilib. İçməli su hövzələrinin təmizlənməsi üçün 225 mindən çox xlor həbləri və 170 kiloqramdan çox xlor verilib.

Səfir geri çağrıldı

21 İyul 2017 12:42

Amerika prezident Donald Tramp ABŞ-ın Ankaradakı səfiri Con Bassı geri çağırıb. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, Ankarada fəaliyyət göstərən səfir Əfqanıstanın Kabil şəhərindəki səfirliyinə göndərmək üçün Türkiyədən geri çağırıb. ABŞ Konqresində prezidentin təyin etdiyi yeni səfirlərin siyahısı açıqlanıb.

Azərbaycanda şirkət rəhbəri həbs olundu

21 İyul 2017 12:40

“Bəzi sahibkarlar tərəfindən ayrılmış vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, iqtisadiyyatın inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərlə, o cümlədən əhalini narahat edən korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir”.

Bədəninə cin girən şəxs ətrafdakılara hücum etdi - VİDEO

21 İyul 2017 12:38

Hindistanda bədəninə cin girən şəxs ətrafdakılara hücum edib. Kadrlardan göründüyü kimi bədəninə cin girdiyi iddia edilən şəxs yerdə əyləşən şəxslərə hücum edərək onları vurmağa başlayıb.

“Bu, yeni İŞİD-in yaranmasına səbəb olacaq” – ŞOK PROQNOZ

21 İyul 2017 12:35

“Əgər İraqda şiələr və sünnilərin arasında parçalanma qalarsa, bu, yeni İŞİD-in yaranmasına gətirib çıxaracaq”. Bunu “RİA-Novosti” agentliyinə müsahibəsində İraqın vitse-prezidenti Nuri əl-Maliki deyib.

"Azərbaycanda sistemli olaraq hər il jurnalistlərə qayğı artırılır"

21 İyul 2017 12:28

"Jurnalistlərə mənzillərin verilməsi Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistlərə böyük bir hədiyyəsidir və jurnalistikanın inkişafı üçün mühüm töhfədir.  Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, "Hərdi And" qəzetinin baş redaktoru Emin Həsənli deyib.

Yeni tədris ilində dövlət universitetlərinin təhsil haqlarında artım olacaqmı?

21 İyul 2017 12:25

Azərbaycanda 2017-2018-ci tədris ilinin başlanmasına təxminən 2 ay vaxt qalıb. İyulun 29-dan isə ixtisas seçimi başlayır. İxtisas seçimi ərəfəsində "Report" dövlət ali məktəbləri arasında soğu keçirirək təhsil haqlarında artım olub-olmadığını öyrənib. Məlum olub ki, dövlət universitetləri arasında Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil haqları artıb.

Atadan İYRƏNC HƏRƏKƏT: illərlə doğma qızı olan məşhur aktrisa ilə zorla cinsi əlaqədə oldu

21 İyul 2017 12:21

Gənc serial aktrisasını atası illərlə zorlayıb. Son illərdə ən çox tanınan seriallarda rol alan D.K. illərlə doğma atasının cinsi istismarına məruz qalıb. Ona inanmayan anası isə qızı "Polisə getmə, atan səni öldürər" deyib. Bu dəhşətli kabus 2 il davam edib. Aktrisa yaşadığı travmaya dözməyərək intihara cəhd edib. O, "Ölməyə çalışdım, amma bacarmadım", - deyə açıqlama verib. Sonda isə atasının təhdid və təzyiqlərinə baxmayaraq, qız polisə gedərək hadisəni danışıb.

“Pirallahı” günəş elektrik stansiyasının açılışı olub

21 İyul 2017 12:15

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev“Pirallahı” günəş elektrik stansiyasının açılışında iştirak edib. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov dövlət başçısına “Pirallahı” günəş elektrik stansiyası layihəsinin texniki-iqtisadi göstəriciləri haqqında ətraflı məlumat verib.

Prezident İlham Əliyev Pirallahının mərkəzində həyata keçiriləcək tədbirlərin layihələri ilə tanış olub

21 İyul 2017 12:14

Azərbaycan prezidenti İlham Əliyev Pirallahı qəsəbəsinin mərkəzi hissəsində görülmüş işlər və həyata keçiriləcək tədbirlərin layihələri ilə tanış olub. Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov prezident İlham Əliyevə Pirallahı qəsəbəsinin baş planı haqqında ətraflı məlumat verib.

Bu ilin altı ayında 56 nəfər spirtli içkidən zəhərlənib

21 İyul 2017 12:11

Bu ilin 6 ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müraciətlərin sayı açıqlanıb. KTM-in Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib ki, dərman zəhərlənmələri ilə 241 nəfər, dəm qazı zəhərlənmələri ilə 133 nəfər, kəskin allergik reaksiyalar ilə 67 nəfər, sirkə turşusu zəhərlənmələri ilə 52 nəfər, spirtli içkilərdən zəhərlənmələrlə 56 nəfər müraciət edib.

Pirallahıda balıqyetişdirmə fermalarının təməli qoyulub

21 İyul 2017 12:09

Azərbaycan prezidenti İlham ƏliyevPirallahı rayonunda “Nərəkənd” layihəsi çərçivəsində yaradılacaq “CMS Properties” MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısına müəssisə barədə məlumat verilib.

Prezident İlham Əliyev Pirallahıda içməli su təchizatı layihəsinin açılışında iştirak edib

21 İyul 2017 12:08

Azərbaycan prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunun içməli su təchizatı layihəsinin açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Rayon ictimaiyyəti adından çıxış edən Ülkər Şirinova göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıq edib.

Bakının baş infeksionisti: “Qarpız soyuducuda saxlanılmamalıdır”

21 İyul 2017 12:05

“Ağlasığmaz zəhərlənmələr də olur. İnsanlar kiflənmiş qatıq, kiflənmiş lavaş və pendirdən də zəhərlənir”.  Bunu Kliniki Tibbi Mərkəzin (KTM) Mədə-bağırsaq şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülarə Babayeva deyib. O bildirib ki, bu ilin 6 ayında KTM-nin 2-ci yoluxucu şöbəsinə 13 nəfər botulizmdən, 71 nəfər qida zəhərlənməsindən, 395 nəfər mədə - bağırsaq pozulması ilə daxil olub. Şöbə müdiri əlavə edib ki, şöbədə qida zəhərlənmələrindən ölüm hadisəsi baş verməyib.