Pirallahıda balıqyetişdirmə fermalarının təməli qoyulub
Azərbaycan prezidenti İlham ƏliyevPirallahı rayonunda “Nərəkənd” layihəsi çərçivəsində yaradılacaq “CMS Properties” MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısına müəssisə barədə məlumat verilib.
21 İyul 2017 12:09 İqtisadiyyatAzərbaycan prezidenti İlham Əliyev Pirallahı rayonunda "Nərəkənd" layihəsi çərçivəsində yaradılacaq "CMS Properties" MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısına müəssisə barədə məlumat verilib.
Bildirilib ki, qapalı tipli fermada ildə 75 ton rus nərəsinin və 25 ton çökə ətinin, habelə 4 ton kürünün istehsalı nəzərdə tutulub. Həmin fermada dənizdən təchiz olunan su süzgəcdən keçirilərək duruldulacaq, duzluluğu müvafiq səviyyəyə çatdırılacaq və qapalı sistemdə təkrar dövriyyə olunacaq. Prezident İlham Əliyev balıqyetişdirmə fermalarının təməlini qoyub. Apa.az