Gündəm

Prezident Pirallahıda “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub

21 İyul 2017 12:03

Azərbaycan prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda balıq yetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub.

İri dövlət şirkətlərinin gəlir və xərclər smetalarının tərtibi qaydaları dəyişib

21 İyul 2017 12:01

Azərbaycanın iri dövlət şirkətlərinin gəlir və xərclər smetalarının tərtibi qaydaları dəyişib. Nazirlər Kabineti bununla bağlı “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 2016-cı il 30 dekabr tarixli qərarında dəyişiklik edib.

Moskva ABŞ-ı “duzlamaq” istəyir – İTTİHAM

21 İyul 2017 11:59

“Rusiya Suriyada ABŞ-ı “duzlamaq” istəyir”. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo deyib. Koloradoda təhlükəsizlik üzrə forumda çıxış edən Pompeonun sözlərinə görə, Rusiya Suriyanın işlərinə “Amerikanı duzlamaq” üçün cəlb edilib. O qeyd edib ki, Ağ Evin indiki administrasiyası Moskvaya qarşı ölkənin əvvəlki rəhbərliyi ilə müqayisədə daha sərtdir.

Qadının böyrəyini oğurladılar - ŞOK HADİSƏ

21 İyul 2017 11:57

Zonquldağda təmizlik işçisi R.Y. maddi sıxıntı səbəbindən internetdə "Böyrəyimi satıram" yazılı elan yerləşdirib. Ülkü və Cəmil Ş. cütlüyü təmizlik işçisi ilə əlaqəyə girərək böyrəyini 30 min TL qarşılığında alacaqlarını bildiriblər. Anlaşmadan sonra R.Y. Zonquldağdan, Ülkü və Cəmil Ş. cütlüyü isə Aydın şəhərindən İzmirə yola düşür.

Ancelina Coli ilə Bred Pitt haqqında GİZLİ fakt üzə çıxdı

21 İyul 2017 11:55

Keçən il rəsmi şəkildə boşanan Bred Pitlə Ancelina Coli gizli-gizli görüşməyə başlayıb. Cütlük 6 uşağı ilə birlikdə əvvəllər yaşadıqları evin yaxınlığında yeni aldığı başqa bir mənzildə görüşür. Məlum olub ki, uşaqlar ataları ilə görüşəndə Ancelina Coli tək qaldığı üçün duyğusallaşır. Bu səbəbdən də uşaqları özü aparmağa qərar verib. Keçmiş həyat yoldaşı ilə birlikdə yaşadığı evə getmək istəməyən aktrisanın yeni evdə özünü daha hiss etdiyi deyilir.

“Azərbaycanfilm” kinostudiyası panel müzakirələrdə

21 İyul 2017 11:53

Ukraynada Odessa Beynəlxalq Film Festivalının kino mütəxəssisləri üçün təşkil olunan İndustriya Günlərində Şərqi Avropa Tərəfdaşlığı Proqramı çərçivəsində Azərbaycanın iştirakı ilə panel müzakirələri keçirilib. Kinostudiyadan “Olaylar” – a bildirilib ki, Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi, Cottbus Beynəlxalq Film Festivalının təşkilatçılığı ilə keçirilən görüşdə Şərqi Tərəfdaşlıq ölkələri olan Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Belarusiyanın beynəlxalq kino fəaliyyəti ilə məşğul olan nümayəndələri iştirak edib. Alman təşkilatçılar Azərbaycanı təmsil etmək məqsədilə “Azərbaycanfilm” kinostudiyasının Beynəlxalq əlaqələr üzrə şöbə rəisi Səmayə Əsgərovanı dəvət ediblər. Panel müzakirələrində Tbilisi Beynəlxalq Film Festivalının proqram koordinatoru Ana Çkonia, Odessa Beynəlxalq Film Festivalının baş prodüseri Yuliya Sinkeviç, “Chronograph” Beynəlxalq Sənədli Filmlər Festivalının direktoru Virgiliu Margineanu, “Listapad” Minsk Beynəlxalq Film Festivalının proqram direktoru İqor Sukmanov iştirak ediblər. Müzakirələrin moderatoru Cottbus film festivalının proqram direktoru Bernd Buder olub.

Ayda olan çanta fantastik qiymətə SATIŞA ÇIXARILDI

21 İyul 2017 11:53

Nyu-Yorkda “Sothebys” hərracında heç də sadə sayılmayan, Ayda olan ilk insanın, Nil Armstronqun çantası satılır. Amerikalı astronavt 1969-ci ildə bu çanta ilə Aya uçuş edib. Üstəlik, çanta Ay gəzintisi zamanı da onunla idi. Armstronq bu çantaya Ayın səthindən torpaq nümunələri qoyurdu. Ay tozunun izlərinin qalması çantaya xüsusi dəyər verir və onun qiymətini qaldırır. Təəccüblü deyil ki, hərracın təşkilatçıları ilkin olaraq çantaya 2 milyon dollar məbləğ təyin ediblər.

500 minlik cinayət törədən keçmiş MTN polkovnikinin MƏHKƏMƏSİNDƏ OLANLAR

21 İyul 2017 11:52

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almaqda ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

6 nəfər İSTİDƏN öldü - Meksikada

21 İyul 2017 11:50

Meksikanın şimal-qərbində Sonora ştatında yüksək isti səbəbindən 6 nəfər dünyasını dəyişib. Bu rəqəmi ştatın səhiyyə idarəsi təsdiq edib. Həlak olanların hamısı günvurma və orqanizmin susuz qalması səbəbindən ölüb. Hazırda 25 nəfər günvurma diaqnozu ilə xəstəxanalarda müalicə olunur.

Film Komissiyasının fəaliyyəti müzakirə olunacaq

21 İyul 2017 11:51

 İyulun 26 – da saat 14:00-da Nizami Kino Mərkəzində Azərbaycan Film Komissiyası layihəsinin dəyirmi masa ətrafında müzakirəsi aparılacaq. Mərkəzdən “Olaylar” –a bildirilib ki, müzakirədə Prodüserlər Gildiyasının üzvləri, ölkənin bir sıra mütəxəssisləri iştirak edəcək.

"Dəhşətli gecə yaşadıq" - İradə İbrahimova

21 İyul 2017 11:44

Türkiyədə yaşayan müğənni İradə İbrahimova da Bodrumda baş verən zəlzələdən yazıb. Yay istirahəti üçün Bodruma yollanan sənətçi hadisə zamanı orada olduğunu bildirib.

Bodrumdakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlı var?

21 İyul 2017 11:41

İlkin məlumata əsasən Türkiyənin Bodrum şəhərində zəlzələ zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulluğundan bildiriblər.

Çində mağazada PARTLAYIŞ - 2 ölü, 55 yaralı

21 İyul 2017 11:39

Çinin Xançjou şəhərində mağazaların birində güclü partlayış baş verib.  Partlayış nəticəsində 2 nəfər ölüb, 55 nəfər yaralanıb. Yaralılardan 12 nəfərin ciddi xəsarət alaraq xəstəxanalara yerləşdirildiyi bildirilir.

“Jurnalistlərin evlə təmin olunması geniş və tayı bərabəri olmayan addımdır”

21 İyul 2017 11:36

“Azərbaycan dövləti mətbuata hər zaman açıq şəkildə dəstək verib və azad sözün qorunması istiqamətində öz dəstəyini əsirgəməyib. Son illər ərzində Azərbaycan mətbuatının inkişafı, jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar isə kifayət qədər geniş və tayı bərabəri olmayan addımlardır”. Bunu “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Avropa Liqası: 29 cütlük müəyyənləşdi

21 İyul 2017 11:35

Avropa Liqasının III təsnifat mərhələsinin cütləri müəyyənləşib. II təsnifat mərhələsinin dünən baş tutan cavab matçlarından sonra növbəti raundun 29 cütün dəqiqləşib.