"Dəhşətli gecə yaşadıq" - İradə İbrahimova

Türkiyədə yaşayan müğənni İradə İbrahimova da Bodrumda baş verən zəlzələdən yazıb. Yay istirahəti üçün Bodruma yollanan sənətçi hadisə zamanı orada olduğunu bildirib.

Türkiyədə yaşayan müğənni İradə İbrahimova da Bodrumda baş verən zəlzələdən yazıb. Yay istirahəti üçün Bodruma yollanan sənətçi hadisə zamanı orada olduğunu bildirib. Səhər girdiyi marketdəki dağınıq ərzaqların fotosunu paylaşan İradə bildirib ki, zəlzələ onlara dəhşətli anlar yaşadıb: "Hər şey bir anda oldu. Ən çox uşaqlar üçün narahat idik. Oğlum yatmışdı. Ceyhunla uşaqları necə götürüb çıxdığımı xatırlamıram. Gecəni evin bağçasında keçirtdik. Çox şükür ki, salamatıq. Bizə görə narahat olan hər kəsə minnətdarıq".

Qeyd edək ki, türkiyəli iş adamı Ceyhun İzərlə ailəli olan İ.İbrahimovanın Bodrumda evi var. ifaçı hər il yayda istirahət üçün ora köçür. Ceyhun və İradə cütlüyünün iki övladı var. Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31