Gündəm
Türkiyədə baş verən zəlzələnin Azərbaycana təsiri var?
"Türkiyədə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur, ola da bilməz". Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, məsafə çox olduğuna görə, zəlzələ Azərbaycan ərazisinə təsir etməyib: "Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10 kilometr məsafədə yerləşib. Zəlzələ qeydə alınan yer tamam başqa regiondur. Orada gedən tektonik proseslərin, dərinlik qırılmalarının Azərbaycanla ümumiyyətlə, bağlılığı yoxdur. Əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur".
"Yeni mənzillərin açarları dekabrda veriləcək" - Vüqar Səfərli
Jurnalistlər üçün tikilən ikinci binadan ev alan jurnalistlərə mənzillərin açarları bu ilin dekabr ayında veriləcək. Bu barədə AzTV-nin "Günün nəbzi" verilişində Kütləvi informasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
Xalq hökümətə qarşı etiraz etdi
Venesuelada sosialist prezident Nikolas Maduroya yeni konsitutsiya seçkilərini ləğv etməsi yönündə təzyiqlər edən milyonlarla vətəndaş etiraz aksiyalarına başlayıb. Polislə etiazçılar arasında qarşıdurma yaşanıb. Qarşıdurma zamanı 3 etirazçı həlak olub, 300-dən çox vətəndaş həbs edilib. Etiraza səbəb isə hökumətin konsitutsiya dəyişikliyi üçün yeni məclis qurması olub. Müxalifət 30 iyulda keçiriləcək referendumu ləğv etməsini tələb edir. Müxalifətin mətbuata verdiyi açıqlamaya əsasən, ölkə əhalisinin 85%-ni etirazlarda iştirak edib.
“ASAN xidmət” indeksi üzrə qiymətləndirmə qrupunun fəaliyyəti yekunlaşır
“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 262 nömrəli Fərmanının 2-ci hissəsinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən qiymətləndirmənin həyata keçirilməsi üçün yaradılan işçi qrupunun fəaliyyəti yekunlaşır. ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, pilot layihə çərçivəsində 10 mərkəzi icra hakimiyyəti və Bakı şəhərində yerləşən yerli icra hakimiyyəti orqanlarının ümumilikdə 411 xidməti üzrə qiymətləndirmə həyata keçirilib. Xidmətlər 7 parametr və 143 altmeyar üzrə dövlət orqanları tərəfindən doldurulan anketlərdə qeyd edilən əsaslandıcı məlumatlar nəzərə alınmaqla qiymətləndirilib.
Qanunsuz ağac kəsən şəxs dünyasını dəyişib
yulun 20 - də Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşə ərazisində qanunsuz ağac kəsən şəxs üzərinə ağac düşməsi nəticəsində dünyasını dəyişib. Hadisə saat 16 radələrində Lerik MMBM-nin 15 saylı dolayında baş verib. Lerik rayonunun Çayrud kənd sakini 1953-cü il təvəllüdlü Tərzan Muradov müəssisənin Vizəzəzmin meşəbəyliyindəki dolaya özbaşına daxil olaraq qanunsuz ağac kəsərkən kəsdiyi ağac onun üzərinə düşüb. Nəticədə T.Muradov yerindəcə keçinib. Ərazisində ağac kəsintisi ilə bağlı məlumat alan Lerik MMBM-nin Vizəzəzmin meşəbəyliyinin 15 saylı dolayının meşə gözətçisi Əflatun Almasov hadisə yerinə gəlib və qanunsuz ağac kəsən şəxsin ağacın gövdəsi altında qaldığının şahidi olub.
Məscidi-Aksada hücum
İsrail ordusu Məscidi-Aksanın qapılarına qurulan elektron metal axtarışı detektorunun tətbiqini protesto etmək və axşam namazlarını qapıda qılmaq istəyən fələstinlilərə plastik mərmi, səs bombası və gözyaşardıcı qazla müdaxilə edib. Hücum nəticəsində 2-si ağır olmaqla, 22 nəfər xəsarət alıb. Polislər etirazı davam etdirən bəzi fələstinliləri həbs edib. Hadisələrə laqeyd qalmayan ABŞ-dan çağırış mesajları gəlib.
İstanbulda növbəti əməliyyat – 168 nəfər saxlanıldı
İstanbulda FETÖ terror təşkilatına qarşı növbəti əməliyyat həyata keçirilib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Üsküdar və Ümraniyədə həyata keçirilən əməliyyatlar zamanı 168 nəfər saxlanılıb. Saxlanılan şəxslər arasında gizlin mesajlaşma proqramı olan “ByLock” istifadəçilərinin də olduğu məlum olub.
70 nəfər xəstəxanaya müraciət etdi
İyulun 21-nə keçən gecə Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, zəlzələ Türkiyənin kurort şəhəri Bodrum və Yunanıstanın Kos adasında hiss olunub. Yeraltı təkan nəticəsində Türkiyədə 70 nəfər xəstəxanalara müraciət edib. Zəlzələnin episentri Türkiyə sahilindən 10,9 km dərinliyində qeydə alınıb.
Yunanıstanda zəlzələ - 2 nəfər həlak oldu
Yunanıstanda 6,3 bal gücündə zəlzələ olub. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, zəlzələnin episentri Kos adasıdı. Zəlzələ nəticəsində 2 nəfərin həlak olduğu, 120 nəfərdən çox insanın yaralandığı bildirilir. Yeraltı təkan zamanı tarixi abidə olan və 1724 - cü ildə inşa olunan Defterdar İbrahim Efendi məscidinin minarəsi tamamilə yararsız hala düşüb.
Məşhur müğənni intihar etdi
Konstitusiyada dəyişikliklər ediləcək
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası çağırılıb. İyulun 25-də keçiriləcək sessiyanın gündəliyinə 2017-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, “Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişikliklər edilməsi, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi, “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişikliklər edilməsi, “Toxumçuluq haqqında” və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının qəbul edilməsi daxil edilib.
Spikeri istefaya getdi
226 mindən artıq insan təxliyə edilib
Çinin Çzilin əyalətində daşqınlar səbəbindən 226 mindən artıq insan təxliyə edilib. Daşqınlar 513 minə yaxın insanın mülkünə zərər verib. Məlumata əsasən, 19,3 min ev, yollar daşqınlar səbəbindən dağılıb. Ölkəyə dəyən birbaşa iqtisadi ziyan 1,8 milyard dollar təşkil edib.
Mənzildən 80-ə yaxın partlayıcı qurğu aşkarlandı
Elmar Məmmədyarov İƏT Baş katibinin köməkçisi ilə görüşdü
Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin Fələstin və Əl-Qüds məsələləri üzrə köməkçisi Samir Bakr və İƏT-in BMT yanında Daimi nümayəndəsi Akşin Mehdiyevi qəbul edib. Nazirlikdən "Olaylar" - a verilən məlumata görə, Samir Bakr Bakıda BMT və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Yerusəlim məsələsi üzrə Beynəlxalq Konfrans”ın işini yüksək qiymətləndirib və ev sahibliyinə görə Azərbaycan tərəfinə təşəkkür edib. E.Məmmədyarov 2017-ci ilin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "İslam Həmrəyliyi ili" elan edildiyini və Azərbaycanın İƏT-lə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verdiyini qeyd edərək, İslam ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın irəlilədilməsində İƏT-in əvəzsiz platforma olduğunu diqqətə çatdırıb.







.jpg)






