Məscidi-Aksada  hücum

İsrail ordusu Məscidi-Aksanın qapılarına qurulan elektron metal axtarışı detektorunun tətbiqini protesto etmək və axşam namazlarını qapıda qılmaq istəyən fələstinlilərə plastik mərmi, səs bombası və gözyaşardıcı qazla müdaxilə edib. Hücum nəticəsində 2-si ağır olmaqla, 22 nəfər xəsarət alıb. Polislər etirazı davam etdirən bəzi fələstinliləri həbs edib. Hadisələrə laqeyd qalmayan ABŞ-dan çağırış mesajları gəlib.

ABŞ Xarici İşlər Nazirliyinin spikeri Heter Nauret Məscidi-Aksa bölgəsində yaşanan hadisələrin sakitləşdirilməsi üçün İsrail və Fələstinə müraciət edərək hər iki tərəfə də gərginliyi artıracaq addımlardan qaçmaq çağırışını edib.

"Bunun çox həssas bir mövzu olduğunun fərqindəyik. Məhz buna görə də hadisələri yaxından izləyirik. Bölgədəki mövcud status-kvonu dəstəkləyirik və bunun qorunmasının tərəfdarıyıq" - deyə, xanım Heter Nauret bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31