İstanbulda növbəti əməliyyat – 168 nəfər saxlanıldı
İstanbulda FETÖ terror təşkilatına qarşı növbəti əməliyyat həyata keçirilib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Üsküdar və Ümraniyədə həyata keçirilən əməliyyatlar zamanı 168 nəfər saxlanılıb. Saxlanılan şəxslər arasında gizlin mesajlaşma proqramı olan “ByLock” istifadəçilərinin də olduğu məlum olub.
21 İyul 2017 09:49 Dünyaİstanbulda FETÖ terror təşkilatına qarşı növbəti əməliyyat həyata keçirilib. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, Üsküdar və Ümraniyədə həyata keçirilən əməliyyatlar zamanı 168 nəfər saxlanılıb. Saxlanılan şəxslər arasında gizlin mesajlaşma proqramı olan "ByLock" istifadəçilərinin də olduğu məlum olub. İstanbul Prokurorluğu bildirib ki, əməliyyatlar davam etdiriləcək və saxlanılan şəxslərin FETÖ terror qruplaşması ilə əlaqələrinin nə dərəcədə olduğu araşdırılacaq.