70 nəfər xəstəxanaya müraciət etdi
İyulun 21-nə keçən gecə Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, zəlzələ Türkiyənin kurort şəhəri Bodrum və Yunanıstanın Kos adasında hiss olunub. Yeraltı təkan nəticəsində Türkiyədə 70 nəfər xəstəxanalara müraciət edib. Zəlzələnin episentri Türkiyə sahilindən 10,9 km dərinliyində qeydə alınıb.
21 İyul 2017 09:39 Dünyaİyulun 21-nə keçən gecə Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, zəlzələ Türkiyənin kurort şəhəri Bodrum və Yunanıstanın Kos adasında hiss olunub. Yeraltı təkan nəticəsində Türkiyədə 70 nəfər xəstəxanalara müraciət edib.
Zəlzələnin episentri Türkiyə sahilindən 10,9 km dərinliyində qeydə alınıb.
Türkiyənin Muğla şəhərinin meri Osman Güronun sözlərinə görə, bəzi insanlar xilas olmaq üçün özlərini binalardan yerə atıblar. O, həmçinin bildirib ki, yeraltı təkanlar nəticəsində xəstəxana binasına ziyan dəyib və bu səbəbdən personal və xəstələr təxliyyə edilib.
Zəlzələ nəticəsində Türkiyə sahillərində sunami yaranıb. Bodrumun bir hissəsini su basıb. Mütəxəsislər zəlzələnin davam edəcəyini bildirirlər.