Ayda olan çanta fantastik qiymətə SATIŞA ÇIXARILDI

Nyu-Yorkda “Sothebys” hərracında heç də sadə sayılmayan, Ayda olan ilk insanın, Nil Armstronqun çantası satılır. Amerikalı astronavt 1969-ci ildə bu çanta ilə Aya uçuş edib. Üstəlik, çanta Ay gəzintisi zamanı da onunla idi. Armstronq bu çantaya Ayın səthindən torpaq nümunələri qoyurdu. Ay tozunun izlərinin qalması çantaya xüsusi dəyər verir və onun qiymətini qaldırır. Təəccüblü deyil ki, hərracın təşkilatçıları ilkin olaraq çantaya 2 milyon dollar məbləğ təyin ediblər.

Nyu-Yorkda "Sothebys" hərracında heç də sadə sayılmayan, Ayda olan ilk insanın, Nil Armstronqun çantası satılır. Amerikalı astronavt 1969-ci ildə bu çanta ilə Aya uçuş edib. Üstəlik, çanta Ay gəzintisi zamanı da onunla idi. Armstronq bu çantaya Ayın səthindən torpaq nümunələri qoyurdu. Ay tozunun izlərinin qalması çantaya xüsusi dəyər verir və onun qiymətini qaldırır. Təəccüblü deyil ki, hərracın təşkilatçıları ilkin olaraq çantaya 2 milyon dollar məbləğ təyin ediblər.

Məlumat üçün bildirək ki, ötən ilin dekabrında məhkəmə qərara alır ki, çanta onu 2015-ci ildə 995 dollara alan bir qadına məxsusdur. İndi o, Aya ayaq basmış ilk astronavtın çantasına görə, ən azı 2000 dəfə çox pul qazanacaq. "Washington Post" sarkazmla yazır ki, belə mənfəət haqda hətta ən bəsirətli iş adamları belə yalnız arzu edə bilər. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31