Moskva ABŞ-ı “duzlamaq” istəyir – İTTİHAM
“Rusiya Suriyada ABŞ-ı “duzlamaq” istəyir”. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo deyib. Koloradoda təhlükəsizlik üzrə forumda çıxış edən Pompeonun sözlərinə görə, Rusiya Suriyanın işlərinə “Amerikanı duzlamaq” üçün cəlb edilib. O qeyd edib ki, Ağ Evin indiki administrasiyası Moskvaya qarşı ölkənin əvvəlki rəhbərliyi ilə müqayisədə daha sərtdir.
21 İyul 2017 11:59 Dünya"Rusiya Suriyada ABŞ-ı "duzlamaq" istəyir". Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo deyib. Koloradoda təhlükəsizlik üzrə forumda çıxış edən Pompeonun sözlərinə görə, Rusiya Suriyanın işlərinə "Amerikanı duzlamaq" üçün cəlb edilib. O qeyd edib ki, Ağ Evin indiki administrasiyası Moskvaya qarşı ölkənin əvvəlki rəhbərliyi ilə müqayisədə daha sərtdir.
"Onlar bizim həyatımızı çətinləşdirə biləcək istənilən yerləri tapmaq istəyirlər", - Pompeo deyib. İdarənin başçısı terrorizmlə mübarizədə Rusiya-Amerika əməkdaşlığının inkişafına ümid etdiyini bildirib. Amma o, Suriyada Moskvanın əsas hədəfinin İŞİD-lə mübarizə olduğuna şübhə etdiyini dilə gətirib. MKİ direktoru Rusiyanın İŞİD-lə mübarizədə töhfəsini "minimal" adlandırıb. Pompeo əmindir ki, Moskva ABŞ-dakı prezident seçkilərinə müdaxilə edib. Publika.az "Röyters" agentliyinə istinadən xəbər verir.