Külli miqdarda siqaretin ölkəyə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerində sağ və sol yan örtüklərin altında və qabaq sağ qanadın altında gizlədilən 3000 ədəd "Marlboro" markalı siqaret aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerində sağ və sol yan örtüklərin altında və qabaq sağ qanadın altında gizlədilən 3000 ədəd "Marlboro" markalı siqaret aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31