Elmar Məmmədyarov Macarıstana gedir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 24 iyul tarixində Macarıstanda rəsmi səfərdə olacaq. XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Rəsmi görüşdən sonra Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək. 3-4 noyabr 2014-cü ildə Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Respublikasına rəsmi səfər edib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 24 iyul tarixində Macarıstanda rəsmi səfərdə olacaq. XİN-in mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Rəsmi görüşdən sonra Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək. 3-4 noyabr 2014-cü ildə Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Respublikasına rəsmi səfər edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31