Təhsildə İNANILMAZ YENİLİK: məktəbdə uşaqları döyməyə icazə verildi

ABŞ-ın Texas ştatında tədris prosesi zamanı nizam-intizamı pozduğuna görə uşağın barmaqlarını yastı taxta ilə döyməyə icazə verilib. Sözə baxmayan şagirdin bu cür cəzalandırılması qərarını yerli təhsil idarəsindən təsdiqləyiblər.

Maraqlıdır ki, bu cür intizam tədbirlərinin tətbiqi Texas qanunvericiliyinə zidd deyil. Ştat qanunları belə cismani cəzaların tətbiqinə yalnız tədris mərkəzlərində deyil, bir sıra digər sahələrdə də yol verir. "Məktəblərdə cəza ilə bağlı yeni qaydalara görə, şagirdlərin valideynləri övladlarına qarşı belə münasibəti həm istəyə bilər, həm də onu qadağan edə bilər. Yəni valideyn övladının bu cür cəzalandırılmasını istəməzsə, o zaman müəllimlərə razılaşmaqdan başqa bir şey qalmır", - deyə Texas təhsil idarəsinin rəhbəri Meri Sprinqs "Fox News" kanalına müsahibəsində bildirib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31