“Gənc Elçilər” Xarici İşlər Nazirliyində

“Gənc Elçilər” Proqramı çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində məlumat turu keçirilib. Milli Şuradan “OLAYLAR”-a daxil olan məlumata görə, bir günlük məlumat turu çərçivəsində Xarici İşlər Nazirliyinin müxtəlif idarələrinin rəhbər nümayəndələri tərəfindən gənclərə Xarici İşlər Nazirliyinin fəaliyyəti və Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri və prioritetləri barədə “Gənc Elçilərə” ətraflı məlumat verilib.

"Gənc Elçilər" Proqramı çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində məlumat turu keçirilib. Milli Şuradan "OLAYLAR"-a daxil olan məlumata görə, bir günlük məlumat turu çərçivəsində Xarici İşlər Nazirliyinin müxtəlif idarələrinin rəhbər nümayəndələri tərəfindən gənclərə Xarici İşlər Nazirliyinin fəaliyyəti və Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri və prioritetləri barədə "Gənc Elçilərə" ətraflı məlumat verilib.

Məlumat turunun ilk sessiyası çərçivəsində Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev və Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov iştirakçıları salamlayıb. Seymur Hüseynov tərəfindən "Gənc Elçilər" Proqramının mahiyyəti və gənclərin beynəlxalq təmsilçiliyi ilə bağlı məlumat verib. Hikmət Hacıyev çıxışında əsas prioritet olaraq ölkənin suverenliyi və müstəqilliyinin qorunmasını, bu sahədə görülən işlər, dövlət siyasəti və gənclərin rolunu vurğulayıb, həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin həlli barədə söhbət açaraq, gəncləri maraqlandıran praktiki sualları cavablandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31