Paytaxtda yeni məktəb binaları inşa olunub

Yeni dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir.

Yeni dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir. "OLAYLAR"-a Təhsil İdarəsindən daxil olan məlumata görə. hazırda 20 nömrəli məktəb-lisey və 306 nömrəli tam orta məktəb üçün yeni binalar inşa olunur. 10, 74, 171, 201, 212 nömrəli tam orta məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi əsaslı təmir edilir. Daha 9 məktəbdə cari təmir işləri görülür. Paytaxt məktəblərində aparılan bütün tikinti və təmir işlərinin 2017-2018-ci tədris ili başlayanadək yekunlaşdırılması nəzərdə tutulur. BŞTİ-nin tabeliyində 307 tam orta, 3 ümumi orta, 7 axşam məktəbi, 3 xüsusi təhsil müəssisəsi, 46 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31