“Korrupsiyaya qarşı mübarizəyə dair normativlər” nəşr edilib

“OLAYLAR”-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi istiqamətində “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Nazirliyin 2017-ci il üçün iş planı təsdiq edilib.

"OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi istiqamətində "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Nazirliyin 2017-ci il üçün iş planı təsdiq edilib.

İş planının 10.2 bəndinin, həmçinin "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 10.4 bəndinin icrasını təmin etmək,

eyni zamanda korrupsiyaya qarşı mübarizəyə dair dövlət qulluqçularının biliklərinin artırılması, habelə dövlət qulluğunda antikorrupsiya mədəniyyətinin artırılması məqsədilə Regionlarla iş və kadrlar şöbəsi tərəfindən hazırlanmış "Korrupsiyaya qarşı mübarizəyə dair normativlər" kitabçasında Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilmiş normativ-hüquqi sənədlər və bir sıra sənədlərin məzmunca qısa xarakterik hissələri barədə məlumatlar cəmlənib.

Bu kitabça Nazirliyin sifarışi ilə çap olunmuş Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilmiş materiallara həsr edilmiş ikinci normativ sənədlər toplusudur.

İnanırıq ki, kitabça Azərbaycanda korrupsiyaya qarşı mübarizənin həyata keçirilməsində əsas vasitə olan maariflənmə baxımından hər bir əməkdaşımız üçün əhəmiyyətli olacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31