Milli QHT Forumu mətbuat gününü qeyd etdi
Azərbaycan Milli QHT Forumu (MQF) New Baku Hotelində Milli Mətbuat Günü münasibətilə tədbir keçirib. “OLAYLAR”-a daxil olan məlumata görə, ölkədə fəaliyyət göstərən televiziya, qəzet və informasiya agentliklərinin nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan MQF-nin prezidenti Rauf Zeyni jurnalistləri bayram münasibətilə təbrik edib, 142 illik yubileyini qeyd edən Azərbaycan milli mətbuatının keçdiyi uzun və şərəfli yoldan danışdı.
21 İyul 2017 17:57 SosialAzərbaycan Milli QHT Forumu (MQF) New Baku Hotelində Milli Mətbuat Günü münasibətilə tədbir keçirib. "OLAYLAR"-a daxil olan məlumata görə, ölkədə fəaliyyət göstərən televiziya, qəzet və informasiya agentliklərinin nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan MQF-nin prezidenti Rauf Zeyni jurnalistləri bayram münasibətilə təbrik edib, 142 illik yubileyini qeyd edən Azərbaycan milli mətbuatının keçdiyi uzun və şərəfli yoldan danışdı. Rauf Zeyni, ölkəmizdə söz, fikir və məlumat azadlığının yüksək səviyyədə təmin edildiyini, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək verildiyini qeyd edib. Daha sonra Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, millət vəkili cənab İlham Məmmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Ümid Rəhimoğlu, MQF idarə heyətinin sədri Qorxmaz İbrahimli və digər şəxslər çıxış edərək Azərbaycan milli mətbuatının tarixinin zəngin və keşməkeşli olduğunu bildirib, müasir mətbuatımızın bu gün uğurla inkişaf etdiyini və milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması istiqamətində mühüm rol oynadığını vurğulayıblar. Sonda Azərbaycan Mətbuat Şurasının sədri, Millət vəkili cənab Əflatun Amaşova milli mətbuatın və vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan Mətbaut Şurasının yaranması, formalaşması və inkişafı, milli və dövlətçilik maraqlarının beynəlxalq aləmdə müdafiəsi sahəsində göstərdiyi xidmətlərə görə 60 illik yubileyi münasibətilə plaket, həmçinin bayram münasibətilə bir qrup jurnalistə milli mətbuatın inkişafındakı xidmətlərinə, ölkə həyatındakı yeniliklərin ictimaiyyətə obyektiv və qərəzsiz şəkildə çatdırılmasında xidmətlərinə görə MQF tərəfindən fəxri diplomlar təqdim olunub.