Deputat Soçi görüşündən danışdı
“Prezidentlərin Soçi görüşü ölkələrimiz arasında qonşuluq, dostluq və strateji əməkdaşlığın inkişaf etməsinin göstəricisidir”. Bunu millət vəkili Azər Badamov deyib.
24 İyul 2017 11:53 Siyasət"Prezidentlərin Soçi görüşü ölkələrimiz arasında qonşuluq, dostluq və strateji əməkdaşlığın inkişaf etməsinin göstəricisidir". Bunu millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq mövcuddur: "Görüşdə prezidentlər ölkələrimizin gələcəkdə əməkdaşlığının inkişaf perspektivləri haqqında geniş fikir mübadiləsi aparıb, bizim üçün vacib Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusuna toxunulub. Biz bilirik ki, Rusiya dünya güclərindən birisidir və həm də Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunması üçün ATƏT-in yaratdığı Minsk qrupunun həmsədrlərindən biri kimi məsələnin həllinə təsir gücünə malikdir. Ona görə də Soçi görüşü Dağlıq Qarabağ probleminin həllinə öz təsirini göstərə bilər". Sia.az