"Qarabağ" Çempionlar Liqasında yubiley matçına çıxacaq
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu Ağdamın "Qarabağ" klubu üçün əlamətdar olacaq. "köhlən atlar" qitənin ən nüfuzlu klub turnirində yubiley matçına çıxacaq. "Şerif"lə sabahkı görüş Qurban Qurbanovun yetirmələri üçün Çempionlar Liqasında 15-ci olacaq. "Ağ-göylər" bu turnirdə indiyədək 14 matça çıxıb.
24 İyul 2017 12:52 İdmanÇempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu Ağdamın "Qarabağ" klubu üçün əlamətdar olacaq. "köhlən atlar" qitənin ən nüfuzlu klub turnirində yubiley matçına çıxacaq. "Şerif"lə sabahkı görüş Qurban Qurbanovun yetirmələri üçün Çempionlar Liqasında 15-ci olacaq. "Ağ-göylər" bu turnirdə indiyədək 14 matça çıxıb.
2014/15 mövsümündə Çempionlar Liqasında debüt edən "Qarabağ" ilk üç cəhdin hərəsində bir mərhələ adlayıb və 4 oyunla kifayətlənib. Cari mövsümdə də artıq bir raundu arxada qoyan komanda 3-cü görüşünə çıxır. Ağdam klubu əvvəlki 14 matçda 7 dəfə qalib gəlib. Hesabında 5 bərabərlik olan "Qarabağ" yalnız 2 dəfə uduzub. Çempionlar Liqasında 7 oyundu uduzmayan ağdamlılar sonuncu dəfə 2015-ci il iyulun 29-da "Celtic"ə uduzub. Əyalət klubu bu turnirdə 17 qol vurub, 5-ni buraxıb. Goal.az