Prezident İlham Əliyev milli mətbuatın qarantıdır
Qətiyyətlə demək olar ki, Azərbaycan dövləti və onun başçısı prezident İlham Əliyev ölkədə müstəqil mətbuatın formalaşması və inkişafının qarantıdır. Müstəqilliyimizin ilk illərində bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də sözün həqiqi mənasında acınacaqlı vəziyyət hökm sürürdü. Mətbuatın iqtisadi durumu o dərəcədə ağır idi ki, istənilən xarici ölkənin xüsusi xidmət orqanı bütövlükdə media orqanını, yaxud onun ayrı-ayrı təmsilçilərini asanlıqla təsiri altına sala bilirdi. Məhz belə bir şəraitdə Ümumilli lider Heydər Əliyev müstəqil mətbuatın formalaşması məqsədilə çoxsaylı fərman və sərəncamlar imzaladı. Beləlikilə Ulu Öndərin ciddi səyi nəticəsində Azərbaycan mətbuatı təşəkkül taparaq xarici təsirlərdən xilas olundu, üstəlik inkişaf mərhəlsinə qədəm qoydu.
24 İyul 2017 13:49 SiyasətJurnalistlərin sosial təminatının yüksəldilməsi dövlətin prioritet məsələlərindəndir
Qətiyyətlə demək olar ki, Azərbaycan dövləti və onun başçısı prezident İlham Əliyev ölkədə müstəqil mətbuatın formalaşması və inkişafının qarantıdır. Müstəqilliyimizin ilk illərində bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də sözün həqiqi mənasında acınacaqlı vəziyyət hökm sürürdü. Mətbuatın iqtisadi durumu o dərəcədə ağır idi ki, istənilən xarici ölkənin xüsusi xidmət orqanı bütövlükdə media orqanını, yaxud onun ayrı-ayrı təmsilçilərini asanlıqla təsiri altına sala bilirdi. Məhz belə bir şəraitdə Ümumilli lider Heydər Əliyev müstəqil mətbuatın formalaşması məqsədilə çoxsaylı fərman və sərəncamlar imzaladı. Beləlikilə Ulu Öndərin ciddi səyi nəticəsində Azərbaycan mətbuatı təşəkkül taparaq xarici təsirlərdən xilas olundu, üstəlik inkişaf mərhəlsinə qədəm qoydu.
İndi isə heç kəs Prezident İlham Əliyevin milli mətbuata göstərdiyi diqqət və qayğını inkar edə bilməz. Ölkəmizin dinamik inkişaf mərhələsinə qədəm qoymasına nail olan Prezident İlham Əliyev söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarıdır. 2005-ci və 2010-cu illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130 və 135 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, bu münasibətlə mətbuat işçilərinin təltif edilməsi, fəxri adların alması, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə verilən yüksək qiymətin göstəricisidir. Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması medianın inkişafına göstərilən ən böyük dəstəkdir. Ötən dövrdə Prezident İlham Əliyevin sərəncamları ilə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi onu deməyə əsas verir ki, mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da sözügedən Konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının hər bir müddəası azad medianın inkişafı, söz və fikir azadlığının təmin olunması və jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşmasına hədəflənib. Mətbuat Şurası üçün yeni inzibati binanın tikintisi və təntənəli açılış mərasiminin keçirilməsi, o cümlədən mətbuat işçiləri üçün dövlət hesabına yaşayış binasının tikintisi də mətbuata yüksək qayğının bariz təcəssümüdür. Azərbaycan Respublikasının dinamik inkişaf etdiyi, demokratikləşmə prosesinin getdikcə dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə daha etibarlı şərait yaradılması dövlətin diqqət mərkəzində duran əsas məsələlərdən biridir. Son illər milli mətbuata ayrılan dövlət yardımlarının həcmi xeyli artırılıb, KİV redaksiyaları və fərdi jurnalist layihələrinə hərtərəfli dəstək göstərilib, media işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir hadisəsir. Ölkə başçısı 2010-cu ilin 22 iyulunda imzaladığı "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqında" sərəncamla yenidən göstərdi ki, o, söz azadlığını dəyərləndirir, qiymətləndirir. Bu sərəncam ölkə başçısının dövlətin müxtəlif sosial təbəqələrinin, o cümlədən, Azərbaycan jurnalistlərinin sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət problemlərinin həllinə diqqət və qayğısının bariz nümunəsidir. Qətiyyətlə demək olar ki, evlərin jurnalistlərə verilməsi proseduru birmənalı olaraq şəffaf şəkildə həyata keçirilib. Bu məqsədlə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Mətbuat Şurası və Milli Televiziya və Radio Yayımları Şurasının nümayəndələrindən ibarət xüsusi komissiya yaradılıb. Komissiya tərəfindən müəyyənləşdirilmiş meyarlara uyğun olaraq müstəqil şəkildə iclaslar keçirib və ən layiqli namizədlərini təqdim ediblər. Ədalətlilik, tərəfsizlik və obyektivlik şərtləri əsasında yekun siyahı hazırlanıb və yurnalistlərin iştirakı ilə şəffaf şəkildə mənzillərin bölgüsü aparılıb.Təbii ki, mənzillərin sayının məhdudluğu səbəbindən mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan bütün jurnalistləri nəzərə almaq mümkün olmayıb. Ancaq nəzərə almaq lazımdır ki, bu gün hər bir Azərbaycan vətəndaşı kimi peşəkar Azərbaycan mediasında çalışan jurnalistlərin hər birinin sosial təminatının daha da yüksəldilməsi dövlətimizin qarşısına qoyduğu başlıca məqsədlərdən biridir. Prezident İlham Əliyev ölkənin iqtisadi, siyasi inkişafı ilə bərabər, onun mədəni-sosial inkişafını da prioritet məsələ kimi dəyərləndirir. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev jurnalistlər üçün tikilən binanın açılış mərasimində çıxışında bu tədbirlərin davamlı xarakter daşıyacağını vurğulayıb. Elə həmin gün "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" novbəti Sərəncam imzalayıb və jurnalistlər üçün yeni binanın təməlqoyma mərasimində iştirak edib.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin jurnalistlərin sosial təminatının yüksəldilməsi, o cümlədən, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ilkin addım sayılan, dünyada analoqu olmayan bu tip sərəncamların imzalaması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir daha sübut edir. Prezident İlham Əliyev bir daha Azərbaycanda söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinə göstərilən hörməti, diqqəti ortaya qoyur. Xatırladaq ki, dünyanın heç bir ölkəsində dövlət jurnalistlərə mənzil tikib vermir. Lakin Azərbaycan prezidenti dünyada hökm sürən iqtisadi çətinliklərə, dünya bazarında neftin qiymətinin kəskin şəkildə azalmasına baxmayaraq jurnalistlərin mənzil probleminin həlli məqsədilə üçüncü binanın təməlini qoyur. Yeri gəlmişkən qeyd edək ki, jurnalistlərin mənzil probleminin həlli məqsədilə tikilən iki binada 400 nəfər mənzillə təmin olunub, növbəti binadan isə 240 nəfərin mənzil alacağı gözlənir. Bu isə birmənalı şəkildə Azərbaycan hökumətinin, xüsusən dövlət başçısının diqqət və qayğısının göstəricisidir. Bütün bunları yüksək qiymətləndirən Azərbaycan mətbuatının nümayəndələri isə ötən illər ərzində Prezident İlham Əliyevi dəfələrlə "Jurnalistlərin dostu" elan etməklə Azərbaycan dövlətinin və onun rəhbərinin mətbuata qayğı siyasətinə öz təşəkkürlərini ifadə ediblər.
Alim