1 saylı “ASAN kommunal”da yeni xidmət pəncərəsi fəaliyyətə başladı
1 saylı “ASAN Kommunal” mərkəzində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin xidmət pəncərəsi yaradılıb. ASAN xidmətdən “Olaylar” – a bildirilib ki, xidmət pəncərəsi vasitəsilə Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan fiziki və hüquqi şəxslər, habelə tikinti obyektlərində çalışan işçilər üçün qeyri-rəsmi məşğulluğa qarşı mübarizə ilə əlaqədar maarifləndirmə və təbliğat kompaniyaları haqqında, həmçinin “Tikinti Monitorinq Sistemi”nin fəaliyyəti, ondan istifadə qaydaları və əmək qanunvericiliyi üzrə məlumatlandırılma işi aparılacaq.
24 İyul 2017 13:29 Sosial1 saylı "ASAN Kommunal" mərkəzində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin xidmət pəncərəsi yaradılıb. ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, xidmət pəncərəsi vasitəsilə Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan fiziki və hüquqi şəxslər, habelə tikinti obyektlərində çalışan işçilər üçün qeyri-rəsmi məşğulluğa qarşı mübarizə ilə əlaqədar maarifləndirmə və təbliğat kompaniyaları haqqında, həmçinin "Tikinti Monitorinq Sistemi"nin fəaliyyəti, ondan istifadə qaydaları və əmək qanunvericiliyi üzrə məlumatlandırılma işi aparılacaq.
Bundan başqa qeyri-rəsmi məşğulluğa qarşı mübarizə ilə əlaqədar tədbirlər barədə genişmiqyaslı maarifləndirmə, məlumatlandırma və təbliğat kompaniyasının keçirilməsi, kütləvi informasiya vasitələrində qeyri-rəsmi məşğulluğun mənfi nəticələrinin, formal məşğulluğun üstünlüklərinin ictimaiyyətin diqqətinə çatdırılması, qeyri-rəsmi məşğulluğa qarşı video çarxların, stendlərin, broşuraların, məlumat vərəqələrinin hazırlanması və nümayişi də nəzərdə tutulur.