Gündəm

Çaylar və transsərhəd çaylarda mövcud vəziyyət

24 İyul 2017 15:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 40, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Cüdoçumuz AVRO-da gümüş medal qazandı

24 İyul 2017 15:03

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının cüdoçusu Uşangi Kokauri növbəti uğurunu qazanıb. İdmançımız Belarusun paytaxtı Minskdə təşkil olunan Avropanın açıq çempionatında qüvvəsini sınayıb.

Xətai Sənət Mərkəzində növbəti müsabiqə

24 İyul 2017 14:58

Bakı Xətai Sənət Mərkəzi “Vətənin tərənnümü” adlı etüd rəsm müsabiqəsi elan edib. Mərkəzdən “Olaylar” – bildirilib ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

“Plaskart”  III Moskva “DOKer” Beynəlxalq Sənədli Filmlər Festivalında

24 İyul 2017 14:57

İyulun 26 – 29 – da Sankt-Peterburq, Kazan və Kalininqrad şəhərlərində keçiriləcək III Moskva “DOKer” Beynəlxalq Sənədli Filmlər Festivalında ən yaxşı tammetrajlı və qısametrajlı filmləri nümayiş etdiriləcək. Nümayiş olunacaq filmlər sırasında rejissor Rodion İsmayılovun “Plaskart” adlı ekran əsəri də yer alıb.

İnsanlarda etibarsızlıq nədən yaranır?

24 İyul 2017 14:56

Bu gün cəmiyyətimizdə, ətrafımızda qeydə alınan mənfi hallardan biri də etibarsızlıq, güvənsizlik sindromudur. Artıq vəziyyət o həddə çatıb ki, ən yaxın dostlar belə bir-birinə etibar edib güvənmir, ona qarşı ehtiyatlı davranır. Hər sözü, fikri yaxın dostu, hətta qardaşı ilə belə bölüşmür, paylaşmır. Çünki cəmiyyət elə bir forma alıb ki, sanki hər kəs bir-birinin söz daşıyıcısı, məxfi agentidir. Ona görə də hamı bir-birinə ehtiyatla yanaşır, onun yanında fikir söyləməyə, hər hansı bir hadisə barədə danışmağa ehtiyat edir. Təəssüfedici məqam ondan ibarətdir ki, bu tendensiya getdikcə daha da geniş spektri əhatə edir, daha mənfi hal almağa başlayır. Bəs görəsən bunun əsas səbəbi nədir və haradan qaynaqlanır?

Azərbaycanda 8 yaşlı oğlanı zorlayan manyak həbs edildi

24 İyul 2017 14:48

Azərbaycanda 8 yaşlı oğlan 35-40 yaşlarında bir şəxs tərəfindən zorlanıb.  Hadisə 21 iyul axşam saat 20:00 radələrində baş verib.  Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahiri (mərhum xalq şairi Söhrab Tahirin oğlu) təsadüfən hadisənin şahidi olub və o cinayətkarın tutulmasında böyük fədakarlıq göstərib.

Prezidentin jurnalistlərə “Özləri də bilmədən mənim köməkçilərimdir” deməsi məmur ordusunda xof yaradıb

24 İyul 2017 14:39

Prezident İlham Əliyevin iyulun 20-də, jurnalistlər üçün tikilən yeni binada mənzillərin paylanması mərasimində mətbuatla bağlı səsləndirdiyi fikirləri media nümayəndələri özləri üçün ən böyük dəstək kimi qiymətləndirirlər.

Venqer: "PSG buna görə Neymara maraq göstərməyə başladı"

24 İyul 2017 14:37

Arsen Venqer "Arsenal"ın əsas qol silahı Aleksis Sançezin "PSJ" ilə danışıqlar aparmasını təkzib edir. Fransalı mütəxəsis Paris klubunun Neymarla maraqlanmasını çilili hücumçunun transferini reallaşdıra bilməməsi ilə əlaqələndirib.

Yenə dənizdə 200-dən artıq mühacirin həyatı xilas edildi

24 İyul 2017 14:34

Son 3 gündə dəniz vasitəsilə Afrika sahillərindən İspaniyaya çatmaq istəyən 200-dən artıq mühacirin həyatı xilas edilib. Bu barədə dənizdə xilasetmə xidmətindən xəbər verilib. Təkcə ötən gün 5 hava ilə doldurulmuş qayıq dəniz sularında aşkar edilib ki, bununla 98 həyat xilas edilib. Bu gün səhər isə 17 nəfərlə dolu daha bir qayıq saxlanılıb.

Milli mətbuata göstərilən diqqət və qayğıya görə media təmsilçiləri Prezident İlham Əliyevə təşəkkür edirlər

24 İyul 2017 14:32

Azərbaycanda dövlət tərəfindən milli mətbuata göstərilən yüksək diqqət və qayğıya, jurnalistlərin sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində addımların atılması və onların yeni mənzillərlə təmin edilməsinə görə, dövlət başçısı Prezident İlham Əliyevin ünvanına media təmsilçilərindən təşəkkür məktubları gəlir.

Akif Çovdarovun məhkəməsində sənədlərin tədqiqinə başlanıldı

24 İyul 2017 14:29

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Azərbaycan MN: “Ermənistan hərbi ittifaqda olduğu ölkələri aldatmaq istəyir”

24 İyul 2017 14:20

Ermənistan silahlı qüvvələrinin Berd və Noyemberyan rayonları ərazisində yerləşən atəş nöqtələrindən Azərbaycanın Qazax rayonunun Kəmərli və Qaymaqlı, o cümlədən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Ağdam kəndləri müxtəlif çaplı silahlardan atəşə tutulub. Nəticədə yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan vurulub.

108 qovaq ağacını kəsmiş Qax sakini barəsində cinayət işi başlanılıb

24 İyul 2017 14:17

Qax rayonunun İbaxlı kəndi ərazisində qovaq cinsli 108 ədəd ağacın kəsilməsi nəticəsində təbiətə 42.790 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsindən daxil olmuş material Qax rayon prokurorluğunda araşdırılıb.

Qızlar çılpaq şəkillərini çəkən fotoqrafı otel otağında öldürdülər 

24 İyul 2017 14:15

İstanbulda 2 qadını model edəcəyini vəd edib aldadaraq zorlayan Cüneyt Palanın otel otağında öldürülməsi ilə bağlı istintaq tamamlanıb. Prokuror həbs olunan 2 qadın üçün ömürlük həbs cəzası istəyib. Taksimdəki bir otelin 401 nömrəli otağında cinayətlə bitən hadisənin əhvalatı iddianamədə belə izah edilib: "41 yaşlı Cüneyt Pala Vanda uşaq bağçası müəllimi olan 30 yaşlı Dilek D. və Hatayda tələbə olan Gülşah Ş. ilə Instagram-da tanış oldu. Özünü beynəlxalq markaların reklam meneceri olaraq tanıdan Pala 2 qadına çəkilişlərdə modellik təklifi etdi. Qadınlar da tələbə əsasən Palaya açıq-saçıq fotolarını göndərdi.

Əli İnsanov ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb

24 İyul 2017 14:09

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun barəsində hökmdən kassasiya şikayəti verilib. Vəkil Toğrul Babayevin  verdiyi məlumata görə, şikayət Ali Məhkəməyə təqdim edilib. Yaxın vaxtlarda şikayət üzrə məhkəmə prosesi keçiriləcək. Vəkil əlavə edib ki, Ə. İnsanov istintaq təcridxanasından 11 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb. T. Babayev müvəkkili ilə görüşdüyünü və səhhətinin normal olduğunu deyib.