“Plaskart”  III Moskva “DOKer” Beynəlxalq Sənədli Filmlər Festivalında

İyulun 26 – 29 – da Sankt-Peterburq, Kazan və Kalininqrad şəhərlərində keçiriləcək III Moskva “DOKer” Beynəlxalq Sənədli Filmlər Festivalında ən yaxşı tammetrajlı və qısametrajlı filmləri nümayiş etdiriləcək. Nümayiş olunacaq filmlər sırasında rejissor Rodion İsmayılovun “Plaskart” adlı ekran əsəri də yer alıb.

İyulun 26 - 29 - da Sankt-Peterburq, Kazan və Kalininqrad şəhərlərində keçiriləcək III Moskva "DOKer" Beynəlxalq Sənədli Filmlər Festivalında ən yaxşı tammetrajlı və qısametrajlı filmləri nümayiş etdiriləcək. Nümayiş olunacaq filmlər sırasında rejissor Rodion İsmayılovun "Plaskart" adlı ekran əsəri də yer alıb.
"Plaskart" filmi "Moskva-Vladivostok" qatarında təsadüfən rastlaşan sadə rusiyalıların həyat tarixçəsindən və taleyindən bəhs edir. Film Rusiya cəmiyyətinin sosial mənzərəsini əks etdirir. Xronometrajı 80 dəqiqə olan film 2017 - ci ildə çəkilib. III Moskva "DOKer" Beynəlxalq Sənədli Filmlər Festivalı bu ilin may ayında keçirilib.
Qeyd edək ki, Rodion İsmayılov 1966-cı ildə Tovuz rayonunda anadan olub. Sankt-Peterburq Dövlət Mədəniyyət və İncəsənət Akademiyasını bitirib. Sankt-Peterburqda "Deboşirfilm studiyası"nın baş direktoru, "Nezavisimoye kino" fondunun prezidenti vəzifələrində çalışıb. 2009-cu ildən "DS Film" prodüser mərkəzində rejissor və prodüserdir. "Köç", "Mənim qohumlarım" filmlərinin müəllifidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31