İnsanlarda etibarsızlıq nədən yaranır?

Bu gün cəmiyyətimizdə, ətrafımızda qeydə alınan mənfi hallardan biri də etibarsızlıq, güvənsizlik sindromudur. Artıq vəziyyət o həddə çatıb ki, ən yaxın dostlar belə bir-birinə etibar edib güvənmir, ona qarşı ehtiyatlı davranır. Hər sözü, fikri yaxın dostu, hətta qardaşı ilə belə bölüşmür, paylaşmır. Çünki cəmiyyət elə bir forma alıb ki, sanki hər kəs bir-birinin söz daşıyıcısı, məxfi agentidir. Ona görə də hamı bir-birinə ehtiyatla yanaşır, onun yanında fikir söyləməyə, hər hansı bir hadisə barədə danışmağa ehtiyat edir. Təəssüfedici məqam ondan ibarətdir ki, bu tendensiya getdikcə daha da geniş spektri əhatə edir, daha mənfi hal almağa başlayır. Bəs görəsən bunun əsas səbəbi nədir və haradan qaynaqlanır?

Bu gün cəmiyyətimizdə, ətrafımızda qeydə alınan mənfi hallardan biri də etibarsızlıq, güvənsizlik sindromudur. Artıq vəziyyət o həddə çatıb ki, ən yaxın dostlar belə bir-birinə etibar edib güvənmir, ona qarşı ehtiyatlı davranır. Hər sözü, fikri yaxın dostu, hətta qardaşı ilə belə bölüşmür, paylaşmır. Çünki cəmiyyət elə bir forma alıb ki, sanki hər kəs bir-birinin söz daşıyıcısı, məxfi agentidir. Ona görə də hamı bir-birinə ehtiyatla yanaşır, onun yanında fikir söyləməyə, hər hansı bir hadisə barədə danışmağa ehtiyat edir. Təəssüfedici məqam ondan ibarətdir ki, bu tendensiya getdikcə daha da geniş spektri əhatə edir, daha mənfi hal almağa başlayır. Bəs görəsən bunun əsas səbəbi nədir və haradan qaynaqlanır?

Psixoloq Fəridə Şərifova deyir ki, güvənsizlik, etibar etməmək cəmiyyətin gəlib çıxdığı son durumdur: "Daim şübhəylə yaşamaq, şübhəylə yanaşmaq. Hazırda vəziyyət elə bir həddə gəlib çatıb ki, insan özünə belə güvənə bilməyəcək hala gəlib çıxıb. Özünə şübhə ilə baxmaq, özünə inamı itirmək.. Bəlkə də elə insanlara qarşı itən güvənin kökü buradan başlayır. Həyatımızdan güvənimizi yıxaraq gedən insanlar, içimizdən də bir şeyləri qoparıb aparır hər dəfə. Hər damla güvən qopduğunda içimizdən, özümüz-özümüzdən biraz daha uzaqlaşırıq. Dostluqda, sevgidə,işdə,evlilikdə. Şübhələr gəmirir içinizi".

Şübhə niyə yaranar bir insana qarşı? Və ya sualı belə qoyaq. İnsan dəyər vermədiyi birindən şübhə duyarmı? Psixoloq deyir ki, güvənsizlik,şübhə,itirmə qorxusu-bu üç termin yanyana qoyulduğunda böyük bir problemin təməlini təşkil edir: "Deyəcəksiniz ki, insan itirməkdən qorxmadığı birini niyə saxlasın ki, həyatında. Deyəcəksiniz ki, şübhəni yaradacaq əsaslar varsa nə etməli? Zatən biz normalar daxilində olan duyğulardan danışmırıq. Norma həddini aşan hər duyğu zərərdir insana. İnsan psixikası elə həssas bir güzgüdür ki, yaşadığı hər şeyi,həbs edər öz aydınlığına. İzi silinməz əsla. Bir dəfə çat verdimi o aynanın bir parçası kifayətdir. Sonrakı həyatında unutdurmaz sənə yaşadığı o anı. Zireh hörər ətrafına, toxuna bilməzsən bəzən yarana. Həyatına girən hər insana qarşı psixikandakı yara izi həyəcan təbili çalmağa başlayar. Bir daha yaşanmasın deyə sənə olmayanları olar edər. Təxəyyülün o qədər güclü iş rejiminə keçər ki, senarilər qurmağa başlayarsan. Qorxu alar canını yenə. Ruhun titrəyər. O vaxt titrədiyi kimi. İtirməkdən qorxarsan yenə. Güvənməkdən qorxarsan yenə. Məsafələr salar arana insanlarla psixikanın yaratdığı o qalın zireh.Kimsəni qoymazsan artıq yaxına. Yaxına gəlməsələr qırılmaq təhlükəsi olmaz axı. Beləcə ya yalnızlığına sarılıb çökdürərsən ruhunu, ya da hər an şübhə edərək yorarsan özünü və onu. Münasibətlər elə həddə çatar ki, bezdirərsən həyatındakı ən dəyərli parçanı. Özün öz əllərinlə itirərsən itirməkdən qorxduğun həyatını. Bu cür gedirsə həyatın, bir dəqiqə dayan. Durult fikirlərini. Hər şeyini beləcə itirə bilməzsən. Demək ki, yolunda getməyən bir şeylər var və sən bunu görməkdə çətinlik çəkirsən. Bununla yaşamaq sənin qismətin deyil. Bacara bilərsən. Hər şeyin təməlində sənin özünə qarşı qırılmış inamının, özünə qarşı əskilmiş güvənin olduğunu görməklə başlamalısan işə". Psixoloq Fəridə Şərifova qeyd edib ki, bu qorxunu yaradan ən böyük mənbə elə insan özüdür: "Bir başqası deyil. Bunun da öhdəsindən yalnız Sən gələ bilərsən. Sən dəyərini, hörmətini anladığın anda bunu hər kəsin anladığını görəcəksən. İtkilər ola bilər həyatında, layiqsizcə çıxıb gedənlər ola bilər. Şübhələrin üzündən insanların həyatını idarə etməyə çalışmaqdan, daim hər şeyi nəzarət altında saxlamaq istəyindən, itirmək qorxun üzündən öz istəklərini başqasının istəklərinə qurban verməkdən, özünü daha aşağı, daha zəif görməkdən vaz keç artıq. Bəli, bu an qorxmalısan bəlkə də yenidən başlamaq üçün. Tək bir şeyi itirməkdən. Özünü itirməkdən. Əgər qorxularınla, içindəki şübhə ilə yalnızbaşına mübarizə apara bilmirsənsə, bir mütəxəssisdən yardım ala bilərsən. Unutma, həyatı gözəl edən sənin varlığındır! Varlığının fərqinə var".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31