Venqer: "PSG buna görə Neymara maraq göstərməyə başladı"
Arsen Venqer "Arsenal"ın əsas qol silahı Aleksis Sançezin "PSJ" ilə danışıqlar aparmasını təkzib edir. Fransalı mütəxəsis Paris klubunun Neymarla maraqlanmasını çilili hücumçunun transferini reallaşdıra bilməməsi ilə əlaqələndirib.
24 İyul 2017 14:37 İdmanArsen Venqer "Arsenal"ın əsas qol silahı Aleksis Sançezin "PSJ" ilə danışıqlar aparmasını təkzib edir. Fransalı mütəxəsis Paris klubunun Neymarla maraqlanmasını çilili hücumçunun transferini reallaşdıra bilməməsi ilə əlaqələndirib.
"Düşünmürəm ki, Sançez Parisə gedib. PSG onu transfer edə bilmədiyindən Neymara maraq göstərməyə başladı. Son 3-4 gündə "L`Equipe" oxuyuram. Qəzet Sançezlə bağlı xəbərlərdən Neymara keçib. 3 gün öncə Aleksis haqqında danışırdılar, indisə Neymar diqqət mərkəzindədir. Mən bir neçə dəfə aydın bildirmişəm ki, Sançez satılmır". Venqer iyulun 22-də verdiyi açıqlamada isə Sançezin "PSJ" rəsmiləri görüşməsini jurnalistlərin uydurması adlandırmışdı. Goal.az