Soçi görüşündən gözləntilər

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya dövlət başçısı Vladimir Putin arasında Soçidə baş tutan görüşdə dövlət başçıları tərəflər arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyiblər. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Məlumat üçün qeyd edək ki, Azərbaycan və Rusiya prezidentləri dəfələrlə ikitərəfli görüş keçiriblər.

Azərbaycan və Rusiya prezidentlərinin görüşü nə vəd edir?

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya dövlət başçısı Vladimir Putin arasında Soçidə baş tutan görüşdə dövlət başçıları tərəflər arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyiblər. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Məlumat üçün qeyd edək ki, Azərbaycan və Rusiya prezidentləri dəfələrlə ikitərəfli görüş keçiriblər. Etiraf edilməlidir ki, dövlət başçılarının indiyə qədər keçirdikləri görüşlərin nəticəsi hər iki ölkə üçün əhəmiyyətli olub, ikitərəfli münasibətlərin daha da inkişafına təkan verib. Bəs, prezidentlərin sonuncu  görüşündən gözləntilər nədən ibarətdir?

Əvvəlcə qeyd edək ki, iki strateji müttəfiq ölkə arasında əməkdaşlıq Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təminatçısı kimi çıxış edir. Artıq Azərbaycan və Rusiyanın bu istiqamətdəki səyləri dəfələrlə sübut edib ki, hər iki ölkə Cənubi Qafqazda sabitliyin bərqərar olmasında maraqlıdır. Eyni zamanda, iki dövlət arasında hökm sürən qarşılıqlı anlaşma həm də regionda iqtisadi, mədəni, siyasi və humanitar əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verir. Məhz bu və digər faktorlara görə bəzi qüvvələr Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq niyyətindən əl çəkmirlər. Xüsusilə, Ermənistan, erməni lobbisi və onun təsiri altında olan rusiyalı məmurlar guya son dövrlərdə iki ölkə arasında münasibətlərin lazımi səviyyədə olmadığı barədə rəy formalaşdırmağa çalışırlar. Belə qüvvələr Azərbaycan - Rusiya münasibətlərinə qısqanclıqla yanaşırdılar. Amma Soçi görüşündəki müzakirələrdə iki ölkə arasında münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub. Hətta dövlət başçılarının görüşünün  iki ölkə arasında gələcək münasibətlərin müsbət məcrada inkişaf edəcəyi rusiyalı ekspertlər tərəfində də etifar olunmaqdadır. Belə ki, dövlət başçılarının görüşünü şərh edən Rusiya Dövlət Dumasının deputatı, Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib ki, prezidentlərin Soçi görüşü Rusiya-Azərbaycan münasibətlərinin inkişaf edəcəyinin əyani sübutudur. Onun sözlərinə görə, prezidentləri və xalqlarımızı zamanın sınağından çıxmış dostluq münasibətləri bağlayır:"Aramızı vurmaq cəhdlərinə baxmayaraq, Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşü iki ölkə arasında dostluq münasibətlərinin ancaq inkişaf edəcəyinin daha bir əyani sübutudur" D. Savelyev deyib ki, prezidentlərimizi və xalqlarımızı zamanın sınağından çıxmış dostluq münasibətləri bağlayır: "Biz hər zaman dost üçün dost və strateji tərəfdaş olacağıq. Şübhəsiz ki, bizim aramızda olan möhkəm, qarşılıqlı hörmətə əsaslanan ölkələrimiz arasındakı əlaqələrin dəstəklənməsi kiməsə sərf etmir. Onlar hər yolla Rusiya və Azərbaycanı bir-birinin qarşısında və eləcə də dünya ictimaiyyəti qarşısında qaralamağa cəhd edirlər. Lakin sonda həqiqət hər zaman ortalığa çıxır. Rusiya və Azərbaycan mətbuat, turistlər, biznes və beynəlxalq müşahidəçilər üçün açıqdır. Bütün məsələlər rəhbərlərimiz arasında iş rejimində müzakirə olunur. Əsas açar rolunu oynayan qərarlar ardıcıl həyata keçirilir, Rusiya və Azərbaycan arasındakı münasibətlərin bütün sahələrdəki inkişafına keyfiyyətli və müsbət təsir göstərir. Bundan sonrakı əməkdaşlığımız da bu şəkildə inşa olunacaq".  Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov isə qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında bir çox sahələrdə yüksələn xətlə inkişaf edən əlaqələr mövcuddur. Rusiya, həmçinin ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaxından iştirak edir. Məhz ikitərəfli və digər məsələlərin müzakirəsi, regionda mövcud olan mürəkkəb problemlərin həlli yollarının axtarılması baxımından Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşü böyük əhəmiyyətə malikdir: "Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, dövlət başçılarının görüşləri çox uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. Rusiya-Azərbaycan münasibətlərinin inkişafını istəməyən, bu əlaqələrə kölgə salmaq niyyətində olan bəzi qüvvələr də var. Ancaq Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü sübut etdi ki, həmin qüvvələrin niyyətləri puç və mənasızdır". Politoloq qeyd edib ki, Azərbaycan Prezidenti İstanbulda qardaş Türkiyənin Prezidenti, ABŞ-ın dövlət katibi, bundan sonra isə Rusiya Prezidenti ilə görüşdü. Bu görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları da müzakirə olundu: "Bu görüşlər əminlik yaradır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı yaxın zamanlarda irəliləyişlərə nail olunacaq". Bunu ikitətəfli əməkdaşlığın formatı da deməyə əsas verir. Məlum olduğu kimi bu günAzərbaycan-Rusiya münasibətləri inkişafın yüksəliş mərhələsindədir. Dövlətlərimiz ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edir. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın regionlararası əlaqələri səmərəli və dinamik inkişaf edir. Soçi görüşü isə bu əlaqələrin daha da dərinləşnəsinə siyasi və iqtisadi zəmin yaradır. İki ölkənin strateji tərəfdaşlığa söykənən uzunmüddətli və etibarlı əməkdaşlığı Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təminatçısı kimi çıxış etməklə yanaşı, həm də regionda iqtisadi, mədəni, siyasi və humanitar əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verir. Hazırda iqtisadi-siyasi həyatımızın bütün sektorlarında ən müxtəlif səviyyələrdə ciddi inteqrativ meyillər müşahidə edilməkdədir. Eyni zamanda, Rusiya və Azərbaycan çox böyük qlobal və regional layihələrin həyata keçirilməsi istiqamətində birgə addımlar atırlar. Bu layihələr nəqliyyat, kommunikasiya sahəsindən tutmuş enerji məsələlərinə qədər geniş bir dairəni əhatə edir. Onların reallaşması isə regionun bütün xalqlarına yeni iqtisadi perspektivlər vəd edir. Siyasi ekspertlərin qənaətinə görə, Prezident İlham Əliyevin Rusiyada Prezident Vladimir Putin ilə görüşməsi, regional və qlobal məsələləri müzakirə etməsi Azərbaycanın regionda əhəmiyyətini bir daha artırır. Bir daha məlum olur ki, Azərbaycan həqiqətən də regionda söz sahibi olan ölkələrdən biridir. Daha dəqiq, Soço görüşü Rusiya-Azərbaycan münasibətlərinə qısqanclıqla yanaşan siyasi manipulyasiyalara son qoydu. Rusiya və Azərbaycan prezidentlərinin görüşü zamanı qlobal siyasi proseslərdən başlamış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinədək çox mühüm məsələlərin müzakirə edilməsi  iki ölkə arasında bundan sonra da münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə əminlik yaratdı.

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31