Soçi görüşü Moskva ilə Bakı arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək

Həftə sonu istər Azərbaycan, istər Rusiya, istərsə də elə Ermənistanın gümdəmini zəbt edən əsas məsələ Azərbaycan və Rusiya prezidentlərinin Soçidə bir araya gəlməsi oldu. Əvvəlcədən müəyyən edilmədiyi halda, qəfildən baş tutan bu görüş istər baş tutan anlara qədər, istərsə də ondan sonrakı günlərdə xeyli suallar və maraqlı yanaşmalar ortaya qoydu. Hər kəs, siyasilər, analitiklər, hətta düşmən ölkə Ermənistanın rəsmi və qeyri-rəsmi dairələri Putin-Əliyev görüşünə diqqət çəkərək Soçi görüşü və onun nəticələri ətrafında mülahizələr irəli sürməyə başladılar.

Bu həm Rusiya və Azərbaycan arasında olan müxtəlif istiqamətli əlaqələrdən, həm də iki ölkə Prezidentinin dost mövqeyindən qaynaqlanır

Həftə sonu istər Azərbaycan, istər Rusiya, istərsə də elə Ermənistanın gümdəmini zəbt edən əsas məsələ Azərbaycan və Rusiya prezidentlərinin Soçidə bir araya gəlməsi oldu. Əvvəlcədən müəyyən edilmədiyi halda, qəfildən baş tutan bu görüş istər baş tutan anlara qədər, istərsə də ondan sonrakı günlərdə xeyli suallar və maraqlı yanaşmalar ortaya qoydu. Hər kəs, siyasilər, analitiklər, hətta düşmən ölkə Ermənistanın rəsmi və qeyri-rəsmi dairələri Putin-Əliyev görüşünə diqqət çəkərək Soçi görüşü və onun nəticələri ətrafında mülahizələr irəli sürməyə başladılar. Ermənistan tərəfinin Soçi görüşü barədə irəli sürdüyü mülahizələrdə bir narahatçılıq hissi də özünü göstərirdi ki, bu da təbii idi. Nədən ki, Putin və Əliyev görüşü uzun müddət Moskva-Bakı münasibətlərinə zərbə vurmaq, iki ölkə arasında gərginlik yaratmaq istəyən İrəvana, eləcə də şimal qonşumuzdakı ermənipərəst dairələrə bir cavab, daha dəqiq desək zərbə idi. Çünki ötən bir il ərzində Ermənistan və Rusiyadakı ermənipərəsət dairələr var gücləri ilə çalışırdılar ki, Moskva-Bakı münasibətlərində sərinlik yaratsınlar, ikitərəfli əlaqələrə zərbə vursunlar. Müəyyən mənada sözügedən qüvvələr Moskva ilə Bakı arasında sərinlik yaratmağa nail olsalar da, lakin iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq əlaqələrinə söykəndiyi üçün Rusiya ilə Azəbaycan arasında dərin uçurum yaratmaq cəhdləri fayda vermədi. Elə Soçi görüşü də bunu bir daha təsdiqlədi. Sözügedən görüşdə müzakirə edilən məsələlər və danışıqlar zamanı müşahidə edilən qarşılıqlı isti münasibətlər də deyilənlərin sübutu idi.

Qeyd etdiyimiz kimi, iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfər etdi. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdü. Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivi, həmçinin regional və beynəlxalq məsələləri geniş müzakirə edildi.

Prezidentlərin Soçi görüşü əsas etibarilə bir neçə məqamla yadda qalmış oldu. Ardıcıllıqla həmin məqamlara diqqət çəkək.

Birincisi, Rusiya Azərbaycanla münasibətlərə həmişə olduğu kimi yenə də önəm verir və Bakı ilə strateji tərəfdaşlıq münasibətlərinə sadiq qaldığını göstərir. Moskva Bakı ilə istər siyasi, istər, iqtisadi, istərsə də mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Hazırda

uğurla inkişaf edən bu əməkdaşlıq həm Bakı, həm də Moskvanın maraqlarına xidmət edir.

İkincisi, erməni lobbisi və Rusiyadakı bəzi ermənipərəst qüvvələrin ciddi səyləri və səhdlərinə rəğmən Rusiya Azərbaycanla münasibətləri korlamaqda, ona xələl gətirməkdə maraqlı deyil. Çünki Bakı ilə münasibətlərin korlanması Rusiyanın Cənubi Qafqazda mövqelərinin zəifləməsi kimi mənfi tendensiyaya səbəb olar. Ona görə də Rusiyanın yüksək çinli rəmsiləri hər nə olursa-olsun Ermənistan, erməni lobbisindən daha çox Azərbaycana, onunla əməkdaşlığa üstünıük verir. Təsadüfi deyil ki, elə Soçi göüşündə də dolayısıyla dövlət başçıları bu məsələyə toxunub. Bildirilib ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisi və onun təsiri altında olan bəzi ermənipərəst, anti-Azərbaycan dairələri (o cümlədən Rusiyada müxtəlif dövlət orqanlarına soxulmuş və səlahiyyət əldə etmiş erməniləri, ermənipərəstləri) və bəzi beynəlxalq dairələri narahat edir. Onlar ciddi cəhdlə iki ölkə arasındakı münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Ancaq münasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq belə cəhdlərin baş tutmayacağını və iflasa uğrayacağını şərtləndirən mühüm amillərdir. Moskva ilə Bakı arasında münasibətlərə xələl gətirmək məqsədilə kənardan müdaxilə cəhdləri bu günə kimi baş tutmadığı kimi, bundan sonra da heç bir nəticə verməyəcək. Nəzərə alaq ki, Vladimir Putin və İlham Əliyev Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıblar. Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya səfəri və Prezident Vladimir Putinlə görüşü iki ölkə arasında bütün sahələr üzrə məhsuldar əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edib.

Nəhayət, Soçi görüşündə diqqət çəkən digər bir mühüm məqam Putin və Əliyevin əsas etibarilə Dağlıq Qarabağ probleminə diqqət çəkmələri oldu. Bu birmənalıdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün görüşlərdə, istər rəsmi, istər qeyri-rəsmi müzakirələrdə hər zaman Dağlıq Qarabağ probleminə əsas diqqət yetirir və münaqişənin tezliklə, ərazi bütövlüyümüzün təmin olunması şəklində həllini vacib sayır, dünya birliyini, beynəlxalq təşkilatları, bu münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunu buna səsləyir. Rusiya Federasiyasının Minsk qrupunun həmsədr ölkələrindən biri olduğunu nəzərə alsaq, Soçi görüşündə Dağlıq Qarabağ probleminin müzakirə olunmasında qəribəlik axtarmağa ehtiyac qalmaz. Digər tərəfdən Rusiyanın münaqişənin həllində əsas fiqurlardan biri olduğu hər kəsə bəllidir. Bu baxımdan Kremlin Dağlıq Qarabağ probleminin həllində aktivliyinin artması başadüşüləndir. Prezidentlərin Soçi görüşünün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşü ərəfəsinə, eləcə də

İlham Əliyevlə Serj Sərkisyanın görüşəcəyi barədə xəbərklərin yayıldığı bir dövrə təsadüf etməsi onu deməyə əsas verir ki, Rusiya Dağlıq Qarabağ pobleminin həllində aktivliyini artırmaq və tərəflər arasında yeni təmaslar yaratmaq, onlara həll variantları təqdim etmək niyyətindədir. Məlumat üçün qeyd edək ki, Soçidə Vladimir Putin və İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bunun üçün yolların tapılmasını geniş şəkildə müzakirə edib., mövcud status-kvonun bundan sonra davam edə bilməyəcəyini xüsusi vurğulayıblar.

Politoloq Əli Qənbərli də hesab edir ki, Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü Moskva ilə Bakı arasında əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinə xidmət edəcək. Politoloq deyib ki, Rusiya və Azərbaycan Prezidentlərin görüşü ənənəvi hal alıb: "Bu həm Rusiya və Azərbaycan arasında olan müxtəlif istiqamətli əlaqələrdən, həm də iki ölkə Prezidentinin dost mövqeyindən qaynaqlanır. Azərbaycanla Rusiya arasında münasibətlərin dərin tarixi bağları var. Düşünürəm ki ,Soçi görüşü də məhz əlaqələrin inkişafı istiqamətində mühüm olacaq". Politoloq Əii Qənbərli Soçi görüşünün Dağlıq Qarabağ probleminin həlli istiqamətində gedəın proseslərə də təkan verəcəyi qənaətindədir: "Təbii ki, Rusiya ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, həm də Azərbaycanın coğrafi qonşusu kimi Dağlıq Qarabağ probleminin həllinə mühim töhfə verə biləcək bir dövlətdir. Problemin həlli istiqamətində Rusiyanın geniş imkanları var. Təbiidir ki, Rusiya təşəbbüslə çıxış edə bilər. Amma, düşünmürəm ki, bu təşəbbüslər Qarabağ probleminin həllində əsas ola biləcək". Politoloqun sözlərinə görə, Azərbaycan və Rusiya Prezidentlərinin görüşü yalnız Qarabağ probleminin həlli ilə bağlı danışıqlardan ibarət olmayıb: "Burada bir sıra detallar ola bilər ki, bunlar ictimaiyyətə məlum deyil. Xarici işlər nazirlərinin rəhbərlərinin görüşünə gəlincə qeyd edə bilərəm ki, inanmıram bu görüş də hansısa fərqli nəticə ilə yadda qalacaq". Əli Qənbərli bildirib ki, Rusiya-Azərbaycan münasibətləri hər zaman yüksələn xətlə inkişaf etməkdədir: "Əlbəttə, hər bir müstəqil dövlətin özünün xarici siyasət strategiyası var. Həmin dövlət bu strategiyanı həyata keçirərkən digər dövlətlərlə müəyyən məsələlərdə toqquşa bilər. Amma, bu o demək deyil ki, münasibətlər tam pis məcrada inkişaf edir. Bu cür yanaşsaq yanılmış olarıq. Unutmaq olmaz ki, Rusiya Azərbaycan münasibətləri siyasi müstəvidən əlavə həm də tarixi köklərə söykənir". Politoloq hesab edir ki, Soçi görüşü Moskva ilə Bakı arasında münasibətlərə zərbə vurmağa çalışan ermənipərəsət qüvvələr də bir zərbədir: "Soçi görüşünün yalnız bir məqsədi yoxdur. Bəli , bu ola bilər ki, sizin dediyiniz münasibətlərin düzəldilməsi məqsədi də daşıya bilər bu görüş. Amma, geniş prizmadan yanaşdıqda burada əsas məsələ kimi Qarabağ probleminin müzakirəsi aktual olub".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31