Gündəm
Vətən sevgisinin Aprel təntənəsi
Bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunması ölkənin çoxminli gənclər ordusu tərəfindən müsbət qarşılanıb. Əksəriyyət gənclər təşkilatlarının mövqeyi ondan ibarət olub ki, növbəti 5 il üçün nəzərdə tutulan proqram gənclərə yeni-yeni imkanlar açacaq, onlara ölkənin ictimai-siyasi həyatındakı rolunu artırmaq imkanları verəcək. Eyni zamanda bu proqram gənclər sahəsində mövcud olan bəzi problemlərin aradan qaldırılmasında da mühüm əhəmiyyət kəsb edəcək.
"Qarabağ"ın oyununa rekord qiymətə bilet satılır
"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı "Roma"yla matça biletlərin hamısı satılıb. Biletlərin hamısı rəsmi olaraq satılıb tükənsə də "qara bazar"da satış davam edir.
DİN: Bakıda saxlanılan cinsi azlıqlardan 16 nəfərində QİÇS və sifilis aşkarlanıb
Bakıda paytaxt sakinlərinin çoxsaylı müraciətləri əsasında polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan cinsi azlıq nümayəndələri məcburi həkim müayinəsinə cəlb ediliblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, müayinələr tam başa çatmasa da, ilkin nəticələr ciddi narahatlığın olduğunu göstərir.
Şimali İraqda keçirilən reeferendumun regiona mümkün təsirləri
Qərbin ciddi səyi və dəstəyi nəticəsində Şimali İraq Kürd muxtariyyətində keçirilən müstəqillik referendumu başa çatdı. Verilən məlumatlara görə, səsvermədə iştirak edən seçicilərin 97 faizi referendumda müstəqilliyin lehinə səs verib. Bununla da bölgədə yeni bir separatizm ocağı yaranmış oldu.
Haqqı danılmaz, xidmətləri unudulmaz müəllim...
Qayıtmaz Əmikişi oğlu Abasov15 avqust 1922-ci ildə Bozayran kəndində anadan olmuşdur.1931-ci ildə keçmiş Vərgədüz rayonundakı Yardımlı kəndində 1-ci dərəcəli Şura zəhmət məktəbinin birinci sifinə qəbul edilmiş, 1941-ci ildə sonradan M.F.Axundovun adı verilmiş həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1941-ci il iyun ayının 22-də Rayon Partiya Komitəsinin göndərişi ilə instituta göndərilmiş, lakin müharibə başlandığına görə geri çağrılmış, ali təhsilini davam etdirə bilməmişdir.
İslamda təfriqə yaratmaq cəhdləri
Son zamanlar istər Qərbdən, istərsə də Qərbin dəstəyi ilə yaradılan radikal dini qruplaşmalar tərəfindən İslam dinini gözdən salmağa, onu aşağılamağa yönəlik cəhdlər olur. Bəzən İslam vəhşi bir din kimi qələmə verilir, bəzən isə İslamda təfriqə yaratmağa, təxribat törətməyə hesablanmış suallar ortaya atılır. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da deyir ki, bəzən İslam dininin düşmənləri müsəlmanlara belə bir sual yönləndirirlər.
“Orta məktəblərdə idman dərslərinin keçirilməsinə barmaqarası baxılır”
Dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də gənclər siyasətidir. Gənclərə diqqət və qayğı ilbəil daha da artır və konkret nəticələrlə müşahidə olunur. Respublikamızda ordu quruculuğunun, vətənpərvərlik tərbiyəsinin, sosial rifahın gücləndirilməsinə istiqamətlənən siyasət birbaşa gənclər sektorunun da inkişafına təsirsiz ötüşmür və öz müsbət rolunu oynayır.
Qeyri-adi TOY: gəlinliyi 250 uşaq daşıdı, yol bağlandı
Şri-Lankada qeyri-adi toy mərasimi keçirilib. Toyda gəlinin gəlinliyini daşımaq üçün 250 uşaq iştirak edib. Qeyri-adi toy həm də bununla yadda qalıb ki, uzunluğu 2 kilometrə yaxın olan gəlinlik bütün yolun bağlanmasına səbəb olub.
Avtomobilin yanacaq çənində pirotexniki vasitələr aşkar olunub
Avtomobilin yanacaq çənində gizlədilən pirotexniki vasitələr gömrükdə aşkar olunub. Dövlət Gömrük Komitəsindən “Olaylar” verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun gömrük nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı avtomobilə gömrük baxışı keçirilib.Yoxlama zamanı avtomobilin yanacaq çəninin içərisində xüsusi olaraq düzəldilən gizli saxlanc yerindən, arxa oturacağın içərisindən və arxa şüşənin örtüyünün altından gömrük nəzarətindən gizlədilən 1380 ədəd "K0201" pirotexniki vasitə aşkar edilib. Faktla bağlı araşdırma aparılır. .
Azərbaycanda oğurluqla bağlı sanksiyalar dəyişdirilir
Cinayət Məcəlləsinin 177-ci maddəsinə (Oğurluq) dəyişikliklər edilir. “Olaylar”ın məlumatına görə, Məcəlləyə yeni bənd – 177.4 əlavə edilir.Yeniliyə əsasən, özgənin əmlakını gizli olaraq talamaq əməlinə görə və eyni əməllər, mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə 12 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzalandırılır.
Soyğunçuluqla bağlı maddə dəyişdirilir
Cinayət Məcəlləsinin 180-ci maddəsinə (Soyğunçuluq) dəyişikliklər edilir.“Olaylar”ın məlumatına görə, Məcəllənin 180.1.-ci maddəsinə edilən dəyişikliyə görə, soyğunçuluq, yəni özgənin əmlakını açıq talama—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılacaq.
Hərbi xidmət əleyhinə cinayətlərə görə cəzalar dəyişdirilir
Cinayət Məcəlləsinin 50-ci maddəsinə ( Hərbi xidmət üzrə məhdudlaşdırma) maddəsinə dəyişikliklər edilir.“Olaylar” ın məlumatına görə, 50.1-ci maddəyə edilən dəyişikliyə görə, Hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir.
Turanın verilişi bağlandı, özü ATV-dən çıxarıldı…
Hər gün səhər saat 08:00-da ATV kanalında efirə gedən “ATV Səhər” proqramı bu gün yayımlanmayıb. Verilişin əvəzinə efirə İlqar Mikayıloğlunun aparıcılıq etdiyi “İlqarla bir gün” verilişi gedib.
Kamal Abdullaya Ural Federal Universitetinin fəxri doktoru adı verildi
Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Ural Federal Universitetinin fəxri doktoru adına layiq görülüb. “Olaylar” bildirir ki, sentyabrın 14-də Ural Federal Universitetinin Xarici regionşünaslıq kafedrası Kamal Abdullaya fəxri doktor adının verilməsi üçün eyniadlı universitetin Ural Humanitar İnstitutu qarşısında məsələ qaldırıb.
"İraqda baş verənlər bölgədə gərginliyə səbəb olacaq"- MÖVQE
“İraq Kürdüstanında keçirilən referendum bölgədə çox ciddi gərginliyə səbəb olacaq. Çünki ilk növbədə İraq hökuməti belə bu seçikiləri tanımır”. Bunu açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.














