Prezident İlham Əliyev Ulu öndərin təhsil siyasətini uğurla davam etdirir- ÖZƏL

"Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət təhsil siyasəti bu gün ölkəmizin hərtərəfli inkişaf strategiyasının ən mühüm dayaqlarından biridir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Ulu Öndərin "təhsil millətin gələcəyidir" prinsipinə əsaslanan siyasəti nəticəsində Azərbaycanda güclü intellektual potensial formalaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə isə bu siyasət yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Müasir məktəb binalarının tikilməsi, təhsil infrastrukturunun yenilənməsi, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, dünya təhsil sisteminə inteqrasiya istiqamətində atılan addımlar bu siyasətin bariz nümunələridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31