“Orta məktəblərdə idman dərslərinin keçirilməsinə barmaqarası baxılır”

Dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də gənclər siyasətidir. Gənclərə diqqət və qayğı ilbəil daha da artır və konkret nəticələrlə müşahidə olunur. Respublikamızda ordu quruculuğunun, vətənpərvərlik tərbiyəsinin, sosial rifahın gücləndirilməsinə istiqamətlənən siyasət birbaşa gənclər sektorunun da inkişafına təsirsiz ötüşmür və öz müsbət rolunu oynayır. 

Deputat: "Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğini lazım olduğu qədər yerinə yetirə bilmirik"

Dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də gənclər siyasətidir. Gənclərə diqqət və qayğı ilbəil daha da artır və konkret nəticələrlə müşahidə olunur. Respublikamızda ordu quruculuğunun, vətənpərvərlik tərbiyəsinin, sosial rifahın gücləndirilməsinə istiqamətlənən siyasət birbaşa gənclər sektorunun da inkişafına təsirsiz ötüşmür və öz müsbət rolunu oynayır. Bu gün Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlərdə biri bu sahənin intellektual səviyyəsinin artırılması, gənclərimizin və yeniyetmələrimizin elmə, təhsilə yiyələnmələrinə nail olunması, iqtisadi amillər - yəni maliyyə durumlarının, sosial rifah göstəricilərinin yüksək olması, onların arasında azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi, gənclərimizin dövlət və hökumət strukturlarında geniş təmsil olunmasından ibarətdir. Sirr deyil ki, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Ölkədə aparılan məqsədyönlü siyasətinin nəticəsidir ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Ölkə başçısı İlham Əliyevin sentyabr ayının 15-də imzaladığı "Azərbaycan gəncliyi 2017/2021-ci illərdə" Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam da məhz gənclərə göstərilən dövlət qayğısının davamıdır. Marqlıdır, sözügedən sərəncamın icrası məqsədilə hansı addımların atılmasına ehtiyac duyulur? Millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov qeyd edib ki, Azərbaycanda tələbələrə təhsil kreditinin verilməsinin asanlaşdırılmasına eytiyac var. F.Muradov bildirib ki, Təhsil Nazirliyi tərəfindən yaradılan "Maarifçi" tələbə kredit fondundan bu günə qədər 118 tələbə təhsil krediti götürüb: "Biz qanunvericiliyə baxmalıyıq, tələbələrə kredit verilməsini asanlaşdırmalıyıq. Azərbaycanda Gənclər Fondu modeli də var. Təhsil Nazirliyi tələbələrə kredit verilməsi ilə bağlı ilk addımı atıb, biz də bu məsələdə öz dəstəyimizi göstərməliyik. Ya bununla bağlı xüsusi dövlət proqramı ola bilər, yaxud da "Maarifçi" tələbə kredit fonduna müəyyən status verilə bilər ki, fond tələbələrə sərbəst şəkildə kredit verə bilsin". Millət vəkili əlavə edib ki, ölkənin təhsil sistemində aparılan islahatlar hər kəsə məlumdur: "O da məlumdur ki, gənclərimizin təhsil haqqqını ödəməklə bağlı müəyyən problemi var. Bu məsələ bizi çox narahat edir. Bu barədə Təhsil Nazirliyi ilə müəyyən danışıqlar aparılıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bizim tələbələrimizin maliyyə yükü azaldılsın. Elə ailələr var ki, gəlirləri çox az səviyyədədir. Amma övladlarının gələcəkdə yaxşı mütəxəssis olması ilə bağlı arzuları var. Hesab edirəm ki, bununla əlaqədar biz qanunvericiliyə baxmalıyıq". Deputat qeyd edib ki, iki kateqoriya gənc var: "Onların biri yalnız oxumaq istəyir, digəri isə başa düşür ki, onun gələcəyi məhz təhsillə bağlıdır. Bu çox vacib məsələrdən biridir. Təhsil Nazirliyi artıq bununla bağlı addım atıb. Biz də öz növbəmizdə xüsusi dövlət proqramı tərtib etməliyik və yaxud da Maairfçi Tələbə Kredit Fonduna müəyyən status verilməlidir ki, tələbə kreditlərini çox sərbəst şəkildə gənclərimizə verə bilsin. Azərbaycanda cəmi 32 faiz tələbə dövlət sifarişilə təhsil alır. Amma mənə elə gəlir ki, burada bir natarazlıq var. Dövlət sifarişli təhsil almaq istəyən şəxslər üçün müəyyən qədər plan yeri olur və dolduqdan sonra digər tələbələr ödənişli təhsil almalı olurlar.  Elə tələbələr var ki, 1 bal az topladığına görə ödənişli təhsil almalı olur". Komitə sədri bildirib ki, Azərbaycanda idmançı gənclərin təhsil alması üçün də əlavə şəraitin yaradılmasına ehtiyac duyulur: "Ölkədə idmançı gənclərin təhsil alması üçün ancaq bir imkan var. Bu da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıdır. Digər ölkələrdə isə bu prosedur tamamilə fərqlidir.  Əgər biz 8-9-cu sinifdə oxuyan şəxsin  nailiyyətləri, idmana marağı, gələcəkdə olimpiya çempionu ola biləcəyini görürüksə, onun üçün şərait yaradılmalıdır. Həmin uşaqlar çox böyük seçim qarşısında qalırlar. Bəzən valideynləri perspektivli uşağa deyir ki, "səndən idmançı çıxar-çıxmaz bilmirəm, get repetitor yanına, universitetə daxil ol". Bununla da biz bir idmançını itiririk. Daha sonra isə  məcbur olub komandalarımıza həmin yaşda şəxsləri legioner olaraq cəlb edirik .  Bu çox ciddi problemdir. Əgər gələcəkdə yığmalarımızın tam milli olmağını istəyiriksə, indidən onlara stimul verməliyik. Milli Məclisin Gənclər və idman komitəsi olaraq təklif edirik ki, hər bir universitetdə idmançıların təhsil alması üçün müəyyən plan yeri ayrılsın . Avropada idmaçının müəyyən nəticələri varsa, o, ümumi bir imtahat verib universitetə daxil olur. Biz indidən həmin idmançılara köməklik etməliyik". Millət vəkili, Milli Məclisinin Gənclər və İdman komitəsinin üzvü deputat Naqif Həmzəyev isə bildirib ki, hazırda ölkədə "Bədən tərbiyəsi və idman fəaliyyətində yetkinlik yaşına çatmayanların mühafizəsi haqqında" qanun layihəsi hazırlanır. Layihədə orta məktəblərdə fiziki sağlamlığın gücləndirilməsi ilə bağlı müddəalar əksini tapacaq. N. Həmzəyev həmçinin təklif edib ki, orta məktəblərdə idman dərslərinin keçirilməsi ilə bağlı monitorinq təşkil olunsun:"Etiraf edək ki, hazırda orta məktəblərin əksəriyyətində idman dərslərinin keçirilməsinə barmaqarası baxılır. Son ildə ölkə üzrə 3000-dən çox məktəb tikilib və əsaslı təmir olunub. Hər birində yüksək standartlara cavab verən idman zalları və meydançalar var. Amma yuxarı sinif şagirdlərini bu zallarda görə bilmirik. Nəticə etibarilə yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğini lazım olduğu qədər yerinə yetirə bilmirik. Gənclər və İdman, Təhsil nazirlikləri və digər müvafiq qurumlarla birgə komissiya yaradıb, orta məktəblərdə monitorinq aparmalıyıq. Vəziyyəti araşdıraq və qəbul edəcəyimiz qanunda buna müvafiq müddəalarla yer verək".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31