Əgər vicdanınız qalıbsa...
18:57 SosialARTİ-nin Tədris resursları şöbəsinin müdiri Zaur İsayev deyib:
"Əziyyətsiz yeni nəzəriyyə öyrənilmir. Bunu ancaq o əziyyətə özlərini alışdıranlar edə bilər. Bəzən valideynlər övladlarına ürəkləri yandığı üçün gözünün qabağında uşaq əziyyət çəkəndə onlara elə gəlir ki, bunun səbəbi sanki kənar tərəfdədir. Yəni nədir? Bəlkə müəllim artıq tapşırıq verib, dərslik bəlkə yaxşı deyil, məktəb yaxşı deyil, uşaq niyə bu qədər əziyyət çəkir? Amma öyrənmək üçün əziyyət tələb edilir".
(Mətndəki səhvlər "Azərbaycan müəllimi" saytına aiddir. - K.A.)
Hörmətli Zaur müəllim, vallahi, billahi, nəyə inanırsınız, ona and olsun ki, 7-ci sinif dərsliyinin birinci hissəsində tezisin arqumentlərlə əsaslandırıldığını oxuyub anlayandan sonra həmin dərsliyin ikinci hissəsində yalnız köməkçi tezisin "müddəa" adlandırılmasının səbəbini mən hələ anlamamışam. Belə çıxır ki, müddəa arqument deməkdir?
İnterneti açıb sözü axtarışa verən kimi axı müddəanın hətta əsas fikir kimi izahı ilə qarşılaşırıq:
"Müddəa bir şeyə əsaslanaraq irəli sürülən fikir, iddia və ya tezisdir. Ərəb mənşəli bu söz elmi, hüquqi və mətn təhlili sahələrində əsas mülahizəni və ya hökmü ifadə edir.
Sinonimləri
• İddia
• Tezis
• Əsas fikir / ana fikir
• Mülahizə / hökm."
Həm də axı tək bu izah deyil, hansına əl atırsan, ya anlaya bilmirsən, ya dərsliyin başqa bir səhifəsindən təkzibi çıxır. İndi oxuyun mənim statusumu, əlinizi qoyun, əgər qalıbsa, vicdanınızın üstünə, elə bir söz deyin, bəlkə, özünü yeni nəzəriyyələri öyrənməyə alıştırmış biz - "savadsızlar" da, qəbul edək.
Könüı Aydın