Vətən sevgisinin Aprel təntənəsi

Bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunması ölkənin çoxminli gənclər ordusu tərəfindən müsbət qarşılanıb. Əksəriyyət gənclər təşkilatlarının mövqeyi ondan ibarət olub ki, növbəti 5 il üçün nəzərdə tutulan proqram gənclərə yeni-yeni imkanlar açacaq, onlara ölkənin ictimai-siyasi həyatındakı rolunu artırmaq imkanları verəcək. Eyni zamanda bu proqram gənclər sahəsində mövcud olan bəzi problemlərin aradan qaldırılmasında da mühüm əhəmiyyət kəsb edəcək. 

Bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq olunması ölkənin çoxminli gənclər ordusu tərəfindən müsbət qarşılanıb. Əksəriyyət gənclər təşkilatlarının mövqeyi ondan ibarət olub ki, növbəti 5 il üçün nəzərdə tutulan proqram gənclərə yeni-yeni imkanlar açacaq, onlara ölkənin ictimai-siyasi həyatındakı rolunu artırmaq imkanları verəcək. Eyni zamanda bu proqram gənclər sahəsində mövcud olan bəzi problemlərin aradan qaldırılmasında da mühüm əhəmiyyət kəsb edəcək. 

"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq edilməsi həm də onun göstəricisi sayılır ki, ölkədə gənclərə böyük diqqət və qayğı var, dövlət hər zaman gənclərə özlərini təsdiq etmək, aktiv fəaliyyət göstərmək üçün şərait yaradır.  Elə Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov da bu qənaətdədir. O, bildirib ki,  gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olub. Onun sözlərinə görə, ən vacib məsələ isə digər sahələr kimi gənclər siyasətində də dövlətin peşəkar, sistemli yanaşması müşahidə olunur: "Azərbaycanda gənclər siyasəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sevindirici hal ondan ibarətdir ki, bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Cənab Prezident il ərzində bir neçə dəfə gənclərlə görüşüb onlarla səmimi fikir mübadiləsi aparıb. Ölkəmizdə gənclər siyasətini həyata keçirmək üçün Gənclər və İdman Nazirliyi mövcuddur. Ötən dövr ərzində nazirlik kifayət qədər samballı fəaliyyət göstərib. Bundan başqa Azərbaycan Prezidenti yanında  Gənclər Fondu da dövlət gənclər siyasətinin həyata keçirilməsində olduqca böyük rola malikdir. Bildiyimiz kimi bu yaxınlarda Prezident Administrasiyasının tərkibində yeni Gənclər siyasəti və İdman məsələləri şöbəsi yaradıldı, V çağırış Milli Məclisin tərkibində də yeni Gənclər və İdman komitəsi fəaliyyətə başlayıb. . Bütün bunlar bir daha Azərbaycanda gənclər siyasətinə sistemli və davamlı münasibətin göstərildiyini nümayiş etdirir". Millət vəkili onu da qeyd edib ki, indiyə qədər gənclər siyasətinə dair bir sıra proqramlar qəbul olunub: "Bu proqramlar ölkəmizdə gənclər üçün infrastrukturun yaradılmasından başlamış, onların xaricdə təhsilinə, yardıcı və elmi fəaliyyətlə məşğul olan gənclərlə yanaşı kütləvi idmanı təbliğ etməklə sağlam gəncliyin formlaşmasına töhvə verməklə çox geniş spektrı əhatə edib. Konkret misallarla desək ötən proqramların nəticəsi kimi biz Gənclər Fondunun yaradılmasını, Virtual Qarabağ İKT mərkəzinin fəaliyyətə başlamasını, Gənclər Evləri şəbəkəsinin regionlarda və paytaxtda işə düşməsini, Azərbaycan Tələbə Kartınının ərsəyə gəlməsini, Azərbaycan Gənclər Paytaxtının təsis olunması və s. göstərə bilərik. Belə misallar yüzlərlədir. Bu proqramlardan minlərlə Azərbaycan gənci yararlanıb. Proqramların nəticəsi olaraq yeni-yeni gənc liderlər yaranmış və onlar bu və ya digər sahədə Azərbaycan dövlətinə, o cümlədən gəncliyimizin inkişafına  bu gün də töhvə verməkdədirlər". Şahin İsmayılov onu da diqqətə çatdırıb ki, hazırda Azərbaycan gəncliyi kifayət qədər vətənpərvərdir: "Biz bunun ən yaxşı nümunəsini ötən ilin aprel döyüşlərində gördük. Azərbaycan gəncləri bir yumruq kimi Ali Baş Komandanın əmri ilə birləşməyə və düşməni məhv etməyə hazır olduqlarını ən yüksək səviyyədə göstərdilər. Biz müharibə şəraitində yaşayırıq. Buna görə daim döyüş ruhumuz, vətənə bağlılığımız, tariximizə dəyər verməyimiz ən yüksək səviyyədə olmalıdır. Azərbaycanının qədim dövlətçilik ənənələri və zəngin mədəni tarixi var. Bu tarixin və mədəniyyətin təbliği üçün Azərbaycan gəncliyi bütün imkanlarından istifadə edir. Təbii ki, gəncliyimizin belə vətənpərvər ruhda yetişməsinin ölkədə həyata keçirilən uğurlu gənclər siyasəti ilə birbaşa bağlılığı var". Millət vəkili onu da deyib ki, gənclərimiz beynəlxalq müstəvidə ölkəmizi layiqli şəkildə təmsil edə bilirlər: "Azərbaycan gəncləri il ərzində bir sıra beynəlxalq tədbirlərdə iştirak edirlər. Gənclərimiz beynəlxalq platformalarda özlərinin xarici həmkarları ilə nəinki baş-başa mübarizə apara bilir, bəzi hallarda isə onları üstəliyə bilirlər. Ötən dövr ərzində Azərbyacanda kifayət qədər savadlı, geniş dünyagörüşlü gənclik formalaşmışdır. Sevindirici tərəf ondan ibarətdir ki, gənclərimiz xaricdə yalnız müxtəlif tədbirlərdə iştirak etmirlər, eyni zamanda onlar müxtəlif beynəlxalq təşkilatların idarə heyətində də yer alırlar. Bu gün onlarla Azərbaycan gənci bir sıra beynəlxalq təşkilatların idarə heyətlərinin üzvləridirlər. Onlar artıq dünyanın müxtəlif regionlarında bu və ya digər siyasətin formalaşmasında birbaşa iştirak edirlər. Əminəm ki, qarşıdakı illərdə daha çox Azərbaycan gənci beynəlxalq platformalarda təmsil olunacaq".

Süleyman

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində çap olunur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31