Soyğunçuluqla bağlı maddə dəyişdirilir
Cinayət Məcəlləsinin 180-ci maddəsinə (Soyğunçuluq) dəyişikliklər edilir.“Olaylar”ın məlumatına görə, Məcəllənin 180.1.-ci maddəsinə edilən dəyişikliyə görə, soyğunçuluq, yəni özgənin əmlakını açıq talama—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılacaq.
26 Sentyabr 2017 13:25 SosialCinayət Məcəlləsinin 180-ci maddəsinə (Soyğunçuluq) dəyişikliklər edilir. "Olaylar"ın məlumatına görə, Məcəllənin 180.1.-ci maddəsinə edilən dəyişikliyə görə, soyğunçuluq, yəni özgənin əmlakını açıq talama-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılacaq. Həmçinin Məcəllənin 180.3.3-cü maddəsi (əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə-yeddi ildən on üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ləğv edilir. Məcəlləyə yeni 180.4-cü maddə əlavə edilir. Yeni maddəyə əsasən, bu Məcəllənin 180.1-180.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə - cəzanın müddəti on üç ildən on altı ilədək müddətə qaldırılır.