"İraqda baş verənlər bölgədə gərginliyə səbəb olacaq"- MÖVQE
“İraq Kürdüstanında keçirilən referendum bölgədə çox ciddi gərginliyə səbəb olacaq. Çünki ilk növbədə İraq hökuməti belə bu seçikiləri tanımır”. Bunu açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
26 Sentyabr 2017 13:13 Siyasət"İraq Kürdüstanında keçirilən referendum bölgədə çox ciddi gərginliyə səbəb olacaq. Çünki ilk növbədə İraq hökuməti belə bu seçikiləri tanımır". Bunu açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputat bildirib ki, İraqda baş verənlər qonşu ölkələrin ciddi narahatlığına səbəb olub: "Azərbaycanın bu məsələdə mövqeyi beynəlxalq hüququ normalarının aliliyinə bağlıdır. Bildiyiniz kimi Azərbaycan da radikal separatçı və terrorçu qüvvələrindən əziyyət çəkib. Buna görə də ölkəmiz hər zaman belə məsələlərdə beynəlxalq hüququ, ölkələrin ərazi bütövlüyü və suverenliyinin dəstəkləyir".
Beynəlxalq təşkilatların baş verənlərə qarşı atacağı addımlara gəlincə A. Mollazadə bununla bağlı müvafiq bəyanatların verildiyi və mövqelərin açıqlandığını deyib: "Lakin təəssüf ki, çox zaman beynəlxalq təşkilatların bəyanatları yalnız söz olaraq qalır, əməldə həyata keçirilmir. Ona görə də hazırda bu məsələdə beynəlxalq səviyyədə hansı addımların atılacağı haqqında söz söyləmək çətindir".
Deputat əlavə edib ki, baş verənlər İraqın özündə çox ciddi gərginlik və problemlərin artmasına şərait yaradacaq. Məlumat üçün nəzərinizə çatdıraq ki, sentyabrın 25-də İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. Səsvermədə 3 305 925 nəfər iştirak edib. Seçkilərdə iştirak edənlərin 93%-dən çoxu regionun müstəqilliyinin lehinə səs verib. Referendumun rəsmi nəticələrinin sentyabrın 26-ı, axşam saatlarında məlum olacağı bildirilib. Sia.az