İslamda təfriqə yaratmaq cəhdləri
Son zamanlar istər Qərbdən, istərsə də Qərbin dəstəyi ilə yaradılan radikal dini qruplaşmalar tərəfindən İslam dinini gözdən salmağa, onu aşağılamağa yönəlik cəhdlər olur. Bəzən İslam vəhşi bir din kimi qələmə verilir, bəzən isə İslamda təfriqə yaratmağa, təxribat törətməyə hesablanmış suallar ortaya atılır. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da deyir ki, bəzən İslam dininin düşmənləri müsəlmanlara belə bir sual yönləndirirlər.
26 Sentyabr 2017 13:40 SosialSon zamanlar istər Qərbdən, istərsə də Qərbin dəstəyi ilə yaradılan radikal dini qruplaşmalar tərəfindən İslam dinini gözdən salmağa, onu aşağılamağa yönəlik cəhdlər olur. Bəzən İslam vəhşi bir din kimi qələmə verilir, bəzən isə İslamda təfriqə yaratmağa, təxribat törətməyə hesablanmış suallar ortaya atılır. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da deyir ki, bəzən İslam dininin düşmənləri müsəlmanlara belə bir sual yönləndirirlər. Quranda "Ora (mәkkә evi) daxil olan şәxs әmin amanlıqdadı..." ayəsi varsa, bəs niyə orada da müxtəlif fəlakətlər və ölümlər baş verir: "Sadəcə düşündürücüdür ki, bu sualı düşünərəkmi verirlər, ya özlərini düşüncəsiz vəziyətə gətirirlər. Məgər Məkkədə Allahın Rəsulu yaşamırdı? Məgər Məkkədə Allahın peyğəmbərinə və müsəlmanlara qarşı güclü mübarizə, müharibə aparılmırdı? Məgər Məkkədə Peyğəmərə ilk dəfə iman edənlərə zülm etmirdilərmi? Yəni bu insanlar niyə düşünmürlər ki, Məkkə də başqa yerlər kimi müxtəlif hadisələrin, fəlakətlərin olduğu bir bölgədir. Ora da başqa yerlər kimidir. Sadəcə oranın əminliyi mənəvi cəhətdən nəzərdə tutulur. Məgər Yer üzərində olan fəlakətlər Məkkədən yanmı keçməlidir? Belə bir anlayışda olmaq sadəcə gülüncdür. Biz həmişə inanırıq ki, harasa və ya kimsə müqəddəsdir və daima qorunub.Ancaq belə bildiyimiz halda real olaraq oranın da toxunulmaz olduğu üzə çıxır. Bu gün bəzi ağılsız gənclər və yaşlılar sosial şəbəkələrdə zəif inanclı müsəlmanlara sual ünvanlayırlar ki, əgər Məkkə müqəddəs bir yerdirsə niyə Allah oranı qorumadı? Bu sual absurd sualdır. Çünki, bütün mövcud olan nəsnələri yaradan uca Allahdır. Bu yaratdıqlarından da istədiyini seçir və hər yerin və hər varlığın da müəyyən olunmuş əcəl vaxtları vardır. Onda bu sualı verən insanlar Allah haqqında bir daha savadsız olduqlarını ortaya qoydular. Onlar bu sualdan əvvəl düşünmədilər ki, yaratmaq, idarə etmək, həmçinin də yox etmək Allaha məxsusdur. Allah təala yerlərdən seçdiyi və hörmət göstərdiyi bölgələri də ildırımı ilə dağıda, yaxud da oranın əhalisini yerlə yeksan edə bilər. İnsanlar anlamaldıırlar ki, müqəddəslik anlayışı bizim üçün keçərlidir. Bir gün bu aləmi yaradan Allah istədiyi bir gündə də dağıdacaqdır. Buna görə isə heç kim Allahın seçiminə heç bir müdaxilə edə bilməz". Əkrəm Həsənovun sözlərinə görə, burada məsələnin mənəvi tərəfini daha çox düşünmək lazımdır: "Ola bilər ki, insanlar düşünsünlər ki, yerin və vaxtın önəmi yoxdur. Ancaq məhz harada və hansı əməlin üzərində belə ölməyin böyük fərqi və əhəmiyyəti vardır. Bu ayənin şərhini İbni-Cərir İbnul-Munzir İbn Abbasdan belə rəvayət etdilər: "Onlar Kəbəyə axın etdikdən sonra dönüş edərlər", yəni Kəbəyə gələr və geri qayıdarlar. Bu məsələdə əcəl vaxtı ön plana çıxır. Çünki həmin ibadət zamanı insanın əcəl vaxtı, ölüm vaxtı gələ bilər və mübarək yerdə və mübarək iş üzərində Allah təala Öz qullarının canını ala bilər. Bütün bunlar əvvəlcədən həmin qulların qədərinə yazılıb. İbn Cərir İbn Abbasdan ayənin mənası haqqında belə buyurub: "İnsanlar bir cür Kəbədən doymazlar. Ora gəldikdən sonra ailələrinə dönərlər, sonra təkrar Kəbəyə qayıdarlar". Bütün bunlar əcəl vaxtına maneə deyildir. İnsan hər bir yerdə, şəraitdə və məqamda dünyasını dəyişə bilər. Əslində Kəbənin əmin yer olması bir həqiqətdir. Hər baxımdan insan əminlikdə olur. İstər hələ əcəl vaxtı gəlməmiş olsun və ya olsun vəziyyət dəyişmir. İnsan mübarək yerdə dünyasını dəyişməsi həmin yerin mübarəkliyini itirmir. Çünki, ölüm hər anda, hər yerdə, hər vəziyyətdə insan üçün qaçınılmazdır.
Bir məqamı diqqətdə saxlamaq vacib lazımdır ki, Kəbəyə qarşı həmişə hücumlar təşkil olunub. Hələ Kəbə ətrafında tarix boyu təbii fəlakətlərin olması da hamımıza məlumdur. Kəbəyə Qurani Kərimdə Beytul-Ətiq deyilib. Ətiq - sözü azad deməkdir. Kəbə həmişə zalım hücumçuların zərərindən qorunduğu üçün bu adı alıb. Belə bir hədis vardır ki, Allah Rəsulu (ona və ailəsinə salam olsun) buyurub: " Uca Allah Kəbəyə "əl-Ətiq" adını verdi. Çünki onu hücumçuların (despotların) şərindən qorumuşdur. Heç bir zaman heç bir güc sahibi ona hücum edib qələbə çala bilmədi" Həqiqətən bir vaxtlar Yəmən hökmdarı "Tübba" Kəbəni yıxmaq istəmiş, bu fikirdə olduğu üçün iflic olmuş və bu işdən imtina etməsi üçün edilən tövsiyələri dinlədikdə isə yaxşılaşmışdı. Bundan sonra Kəbəyə olan hörmətini göstərmək üçün oranının üzərini örtü ilə örtmüş və beləliklə Kəbə ilk dəfə örtülmüşdü. Sonralar Əbrəhə də fil hadisəsi ilə pərişan olmuşdu. Hərçənd başqa bir vaxt Həccac oranı yıxdı. Lakin onun məqsədi Kəbəni yıxmaq deyildi. İbn Zubeyri oradan çıxarmaq idi. Sonra Həccac oranı təkrar düzəltdirmişdir". İlhaiyyatçı deyib ki, bu səbəbdən də belə sualların yeri yoxdur: "Əmin, "əmanət" kökündən fel qəlibində, lakin fail mənasında təhlükəsizlikdə edən, zülm və haqsızlıq etməkdən uzaq, özünə saxlanılan şeyi yaxşı qoruyan, etibarlı deməkdir. Məkkəyə əmin deyilməsinin səbəbi oranın əhalisinin daima əmin olmasının vacibliyini göstərir. Oranın əhalisi həmişə əmin yerdə olduqları üçün özləri də əmin insanlar olmalıdırlar. Ancaq insanların əmin olmasının və yerin əminliyinin təbii fəlakətlərə səbəb olmayacağı anlaşılmamalıdır. Məkkədə də digər Allahın yaratdığı yerlər kimi bütün növ təbii fəlakətlər baş verə bilər. Təbii fəlakətlərin baş verməsi isə oranın əminliyinin olmaması mənasında deyildir. Çox möhkəm qalalara sahib insanlar belə həmişə elə düşünüblər ki, onlar toxunulmazdırlar. Ancaq Allahın yazdığı əcəl vaxtı onlara da gəlib çatıb".
Məhəmməd