Kamal Abdullaya Ural Federal Universitetinin fəxri doktoru adı verildi

Dillər Universitetinin  rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Ural Federal Universitetinin fəxri doktoru adına layiq görülüb. “Olaylar” bildirir ki, sentyabrın 14-də Ural Federal Universitetinin Xarici regionşünaslıq kafedrası Kamal Abdullaya fəxri doktor adının verilməsi üçün eyniadlı universitetin Ural Humanitar İnstitutu qarşısında məsələ qaldırıb.

Dillər Universitetinin  rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Ural Federal Universitetinin fəxri doktoru adına layiq görülüb. "Olaylar" bildirir ki, sentyabrın 14-də Ural Federal Universitetinin Xarici regionşünaslıq kafedrası Kamal Abdullaya fəxri doktor adının verilməsi üçün eyniadlı universitetin Ural Humanitar İnstitutu qarşısında məsələ qaldırıb.

Təklifi müzakirə edən Elmi Şuranın qərarına əsasən Kamal Abdulla Ural Federal Universitetinin fəxri doktoru adına layiq görülüb.

Qeyd etmək lazımdır ki, Ural Federal Universiteti Rusiyanın ən nüfuzlu universitetlərindən biridir və Rusiyanın ilk prezidenti Boris Yeltsinin adını daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31