Gündəm

Suriya kürdlərinə muxtariyyət verilir – Rəsmi BƏYANAT

26 Sentyabr 2017 14:46

Dəməşq İŞİD-i məğlub etdikdən sonra suriyalı kürdlərlə muxtariyyət mövzusunu müzakirə edə bilər. Bu haqda Rusiyanın “Russia Today” telekanalına danışan Suriyanın xarici işlər naziri Vəlid Muallim deyib. “Suriyalı kürdlər Suriya Ərəb Respublikasının sərhədləri daxilində özünüidarə istəyir. Bu məsələ müzakirə edilə bilər. İŞİD-in məhvindən sonra onlarla masaya oturaraq razılaşa bilərik”, - suriyalı nazir bildirib.

Boksçularımız Avropa birinciliyində 2 bürünc medal qazanıb

26 Sentyabr 2017 14:40

Bolqarıstan Albena şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyi başa çatıb. Azərbaycan millisi yarışda 2 bürünc medal qazanıb.  “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, Vaqif Kazımovun komandasında Səlim Səlimov (63 kq) və Murad Allahverdiyev (75 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb. 

Təhsil naziri vətəndaşları qəbul edəcək

26 Sentyabr 2017 14:38

Təhsil naziri Mikayıl Cabbarov sentyabrın 29-da Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Abşeron, Zəngilan, Kəlbəcər rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək.

Təhsil müəssələrində əməliyyat – 15 nəfər həbs olundu

26 Sentyabr 2017 14:37

Ankara Təhlükəsizlik Qüvvələri FETÖ terror təşkilatına qarşı əməliyyat həyata keçiriblər. “Olaylar” bildirir ki, əməliyyat eyni vaxtda 6 ayrı – ayrı bölgədə təşkil edilib. Əməliyyat əsasən təhsil müəssələrində aparılıb və 34 şübhəli şəxs saxlanılıb. Onlardan 15 – i həbs olunub. Həbs olunanların By – lock istifadəçisi olduqları məlum olub. 

Rusiyada karantin elan olundu - Səbəb Afrika taunu

26 Sentyabr 2017 14:26

Rusiyanın Saratov, Nijni Novqorod və Volqoqrad vilayətlərində donuzlarda Afrika taunu aşkar edilib. Xəstəliyin qeydə alındığı ferma və təsərrüfatlarda karantin elan olunub. Xəstəliyə yoluxan heyvanların sayı hələlik açıqlanmayıb. Məlumatda qeyd olunur ki, xəstəliyin ferma ərazisinə düşməsi, heyvanların xəstələnməsi faktı epidomoloji cəhətdən araşdırılacaq.

Xoşbəxtlikləri 1 ay çəkdi - Toydan sonra faciə

26 Sentyabr 2017 14:24

Türkiyədə ailə faciəsi yaşanıb. Bursa şəhərində ərə getdikdən sonra bədbəxt hadisə nəticəsində xəstəxanaya düşüb 344 gündür müalicə alan gəlin həyatını itirib.

Gürcüstan-Rusiya sərhədində PARTLAYIŞ: Ölən və yaralananlar var

26 Sentyabr 2017 14:22

Gürcüstan-Rusiya sərhədində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb. Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi təsdiqləyib. Hadisə ilə bağlı digər təfərrüatlar məlumat verilməyib.

Ərdoğan: “Türkiyənin gücünün kifayət qədər olduğunu unutmasınlar”

26 Sentyabr 2017 14:17

“Biz kürd, ərəb qardaşlarımızın sülh, dinclik və təhlükəsizlik şəraitində yaşamasını istəyirik. Bunun üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. Hətta lazım gələrsə, əl-ələ verib eyni torpaqda qanımızı birlikdə axıtmağa da hazırıq. Yetər ki, birlik, qardaşlıq yolundan ayrılmayaq”.

"Kürdüstan"ın elan edilməsi Türkiyənin cənub sərhəddinə sədd çəkmək deməkdir

26 Sentyabr 2017 14:13

"Kürdüstan" elan olunarsa Suriyanın şimalını işğal edən PKK/PYD-in əraziləri de-fakto "Kürsdüstan"a daxil ediləcək. Və beləcə "kürd dəhlizi'nin yaranması an məsələsi olacaq”.

Zakir Həsənov İtaliya səfiri ilə görüşüb

26 Sentyabr 2017 14:11

Sentyabrın 26-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə İtaliya arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Sabirabadda 6 ay əvvəl ölən qadını əri qətlə yetiribmiş

26 Sentyabr 2017 14:10

Cari il martın 9-da Sabirabad rayonunun Kovlar kəndində Şahnisə Muradovanın yaşadığı evdə ölməsi ilə əlaqədar Baş Cinayət Axtarışı İdarəsi, rayon Prokurorluğu və Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qadının əri Xanbala Cəfərov tərəfindən boğularaq qətlə yetirilməsi müəyyən edilib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, görülmüş tədbirlərlə X.Cəfərov tutulub. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Narkomanlar məcburi müalicəyə göndəriləcəklər

26 Sentyabr 2017 14:09

Cinayət Məcəlləsinə yeni 74-1 maddəsinin (Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə) əlavə edilməsi təklif olunur.“Olaylar”ın məlumatına görə, yeni maddəyə əsasən, məcəllənin 234.1-ci maddəsində (234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.

Avropada yeni dönəm başlayır

26 Sentyabr 2017 14:04

Almaniya Bundestaqına keçirilmiş parlament seçkilərinin nəticələri artıq məlumdur. Uzun illərdir ki, Almanuiya kansleri postunu tutan Angela Merkelin rəhbərlik etdiyi hakim Xristian Demokrat İttifaqı 33 faiz səslə birinciliyini qoruyub. Merkelin əsas rəqibi sayılan Martin Şulsun rəhbərlik etdiyi Sosial-Demokrat partiyası 20.5 faiz səslə ikinci yerdə qərarlaşıb.

Dünyada enerji resurslarına olan tələbat artır

26 Sentyabr 2017 14:00

Dünyanın müasir enerji xəritəsində mövcud vəziyyətin natamam təqdimatı belə deməyə əsas verir ki, enerji resurslarına olan tələbat ilbəil artmaqdadır. Belə enerji mənbələri içərisində Xəzər regionu dövlətlərinin, xüsusilə də Azərbaycanın müstəsna mövqeyi vardır.

İsveç və Yaponiya universitetlərində "Azərbaycan multikulturalizmi" fənni tədris olunacaq

26 Sentyabr 2017 13:59

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin  "Azərbaycan multikulturalizmi" fənni respublikamızın 42, dünyanın 15 aparıcı universitetində tədris edilir. “Olaylar” bildirir ki, oktyabr ayından başlayaraq bu sıraya daha iki xarici ölkənin nüfuzlu universiteti də əlavə olunur. Bunlardan birincisi İsveçin Malmö Universitetidir. Oktyabr ayından dekabrın sonunadək davam edəcək “Azərbaycan multikulturalizmi” fənnini Malmö Universitetinin Mədəniyyət və Cəmiyyət fakultəsində Bakı Dövlət Universitetinin professoru Kazım Əzimov tədris edəcək.