Gündəm
Qadın alverçisi saxlandı
Biləsuvar şəhər sakini qadınları aldadaraq cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “OlAYLAR”a verilən məlumata görə, Biləsuvar şəhər sakini, əvvəllər məhkum olunmuş İradə Poladova qadınları aldadaraq Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Daha bir ərazidə rahat gediş-gəliş təmin olunur
Avtomobil yollarında, küçə və prospektlərdə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, “Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində (daş bazarı) olan yolun təmirinə start verilib. “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib ki, təmir işləri “Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500 m-lik və Baş Dövlət Yol Polisinin stasionar postuna qədər olan 250 m-lik məsafəni əhatə edir. Ümumilikdə təmir işlərinin aparıldığı sahə 17 min m2-ə yaxındır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri “Concordia” Sammitinə qatılıb
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) İdarə Heyətinin üzvləri Amerika Birləşmiş Ştatlarının Nyu Yorkda keçirilən “Concordia” Sammitində iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, NGBM-nin dəstəyi ilə baş tutan sammitdə Mərkəzin İdarə Heyətinin üzvləri iştirak edib. Sammit çərçivəsində Mərkəzinin üzvləri qitələrarası əməkdaşlıq, miqrant və qaçqınların dəstəklənməsində özəl sektorun mobilləşdirilməsi, maliyyə, enerji, ticarət, investisiya və digər məsələlərə həsr olunmuş müzakirələrə qatılıb, bir sıra görüşlər keçirib və “Apeal of Conscience” Fondunun təsis etdiyi mükafatın növbəti təntənəli təqdimatında iştirak ediblər.
“Qarabağ münaqişəsinin həllinin uzanması ATƏT regionunu təhdid edir”
“Azərbaycan ATƏT və onun bütün qurumları ilə, eləcə də Parlament Assambleyası ilə əməkdaşlığa böyük önəm verir. Azərbaycan nümayəndə heyəti bütün səviyyələrdə bu təşkilatın işində yaxından iştirak etməklə ona böyük töhfələr verir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Azay Quliyev: “Dağlıq Qarabağ probleminin həllində bir az da cəsarət tələb olunur”
“Dağlıq Qarabağ kimi mürəkkəb problemin həllində bütün bu realist yanaşma ilə yanaşı, bir az da cəsarət tələb olunur. Müəyyən məsələləri öz adı ilə çağırmaq və daha çox təşəbbüs irəli sürmək zəruridir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Bu il Azərbaycanda 388 nəfər qidadan zəhərlənib, 3 nəfər ölüb
Bu ilin avqust ayı ərzində əhali arasında 29 qida zəhərlənməsi hadisəsi baş verib. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, hadisə nəticəsində 40 nəfər zərərçəkən olub. Ötən ay botulizm hadisəsi baş verməyib. Qida zəhərlənməsi hadisələrinin hamısı məişət baş verib.
Dövlət bayrağı, gerb və himn haqqında qanunlar dəyişdiriləcək
“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında”, “Azərbaycan Respublikasının Dövlət himni haqqında” qanunlara əlavə və dəyişiklik edilir.“Olaylar”-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planına daxil edilib. 2017-ci il payız sessiyasının qanunvericilik işlər planı Milli Məclisin oktyabrın 2-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.
Yeni dijital pul vahidi istifadəyə veriləcək
Yaponiya dünyaya yeni valyuta təqdim edəcək. Yeni pul vəsaiti dünyanın ən böyük banklarından biri olan Yaponiyanın “JP Morgan” şəbəkəsi tərəfindən bazara çıxarılacaq. Bankın rəsmi nümayəndəsi Cemi Dimon “J Coin” adlı yeni valyutanın dijital pul sektoruna yenilik gətirəcəyini bildirilib. Yapon bankları dijital pul vahidini 2020 Tokio Olimpiya Oyunlarına qədər tanıtmağı planlaşdırır.
Almaniya hansı yolla gedəcək?
Həftə sonu Almaniya Bundestaqına keçirilən seçkilər və onun nəticələri indi təkcə almanlar tərəfindən deyil, eləcə də bütün avropalılar, hətta digər qitələrin vətəndaşları, rəsmi və qeyri-rəsmi qurumları tərəfindən müzakirə olunur, təhlil edilir. Səbəb seçkilərdə millətçilərin İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq belə nailiyyət əldə etməsidir.
4 vəkil həbs olundu
ürkiyənin İsparta şəhərində FETÖ terror qruplaşmasına qarşı aparılan əməliyyat həyata keçirilib. “Olaylar” bildirir ki, əməliyyat zamanı 4 vəkil həbs olunub. Saxlanılan vəkillərin ev və ofislərində aprılan axtarış zamanı terror qruplaşmasına məxsus sənədlər əldə edilib.
"Yeni soyuq müharibə": təhlükə realdırmı?
Mütəxəssislər dünyada geosiyasi mənzərənin mürəkkəbləşdiyini yekdilliklə etiraf edirlər. Bu prosesdə ABŞ və Rusiyanın fəaliyyətinin də ayrıca analizini aparırlar.
Növbəti ixrac missiyası Macarıstana gedir
"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası 1-4 oktyabr tarixlərində Macarıstana təşkil olunacaq. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri Macarıstan şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcək və iri marketlər şəbəkələrində olacaqlar.
Azərbaycanda sosial dövlət quruculuğu modeli həyata keçirilir
Azərbaycan dövləti sosial yönümlüdür və bu sahə daim diqqət mərkəzində saxlanılır. Bu tezis faktiki olaraq həyatda o qədər tez-tez sübutunu tapıb ki, artıq aksiomaya çevrilib. Ötən illərin inkişaf prosesini izləyəndə məsələ barədə panoram daha aydın görünür. Belə ki, hər il ölkə başçısının sərəncamları ilə minimum əmək haqqının səviyyəsi, minimum pensiya, minimum istehlak səbətinin dəyəri artırılır.
ATV-nin prezidenti təyin edilən Azər Xəlilovdan AÇIQLAMA
ATV kanalının prezidenti Vüqar Qaradağlının işdən çıxarılması və yeni təyinatla bağlı açıqlama alıb. ATV kanalının prezidenti təyin olunan Azər Xəlilov açıqlamasında məlumatın doğru olduğunu bildirib. "Bəli, məlumat doğrudur. Mən təyin edilmişəm. Hazırda kanalda iclas gedir. Sonra yenidən danışarıq".
Siyasi plüralizmin Azərbaycan nümunəsi
Azərbaycanın müstəqillik əldə etməsilə demokratik təsisatların formalaşması prosesinə start verilib. Demokratiyanın təməl prinsiplərindən olan söz, məlumat, fikir, vicdan azadlıqları kimi fundamental insan hüquqlarının inkişafı məqsədilə lazım olan bütün addımlar atılıb. Paralel olaraq siyasi plüralizmin bərqərar olunması prioritet məsələ kimi qəbul edilib.














