Gündəm
Ermənistanda müəllimlər aclıq aksiyasına başladı
Ermənistanda Varges Petasyan adına orta məktəbin müəllimləri aclıq aksiyasına başlayıblar. Müəllimlər məktəbin istifadəyə yararsız olduğunu bəyan ediblər. "2017-ci il sentyabrın 25-də Varges Petasyan adına məktəbin valideyn şurasının sədrlərinin iclasında qərara alınıb ki, bu il sentyabrın 26-dan aclıq aksıyasına başlanılsın.
Prezident: “Ermənistanın imitasiyasının dayandırılması üçün əlimdən gələni edirəm” - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib. Məlumata görə, C. Appaturay NATOadından ölkəmizin bu təşkilatla etibarlı tərəfdaşlıq həyata keçirməsinə görə minnətdarlığını ifadə edib. C. Appaturay Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi böyük töhfəyə görə də təşəkkürünü bildirib.
Bakıda keçirilən beynəlxalq ekoloji aksiya çərçivəsində Mərdəkan çimərliyi tullantılardan təmizlənib
Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Mərdəkan çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirib.
Azərbaycan daha bir nəfəri axtarışa verdi
Azərbaycan Respublikası daha bir şəxsi "İnterpol" xətti ilə beynəlxalq axtarışa verib. Axtarışa verilmiş İran vətəndaşı 1985-ci il təvəllüdlü Babayi Məsud (Babaei Masoud) oğurluqda ittiham olunur.
Gürcüstan prezidentindən Dağlıq Qarabağ AÇIQLAMASI: "Fəlakət ola bilər"
"Dağlıq Qarabağ kimi münaqişələr fəlakətə səbəb ola bilər". Bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Tbilisidə Ermənistan parlamentinin sədri Ara Babloyan ilə görüşdə deyib.
Demet Akalın Aygündən oğurluq edib? - Star TV-dən iddia
Türkiyənin məşhur maqazin verilişində şok iddia irəli sürülüb. Star TV-də yayımlanan "Duymayan kalmasın" proqramı Demet Akalının son "Damga damga" klipinin Kazımovanın konsert anonsunun plagiatı olduğu iddia edilib.
Milli Məclis Avropa Şurasının qərarlarının icrası qaydalarına yenidən baxacaq
Milli Məclis Azərbaycanın üzv olduğu insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının icrası qaydalarını dəyişdirilməsi ilə bağlı qanun layihəsini yenidən müzakirəyə çıxarır.
Moskvada 16 idarədə bomba axtarılır
Moskvada 16 idarədə bomba qoyulması ilə bağlı anonim zənglərdən sonra yoxlamalar keçirilir. Məlumata görə, KİV-lər daha öncə 7 idarəyə bu cür zəng olması barədə xəbər yayıblar. Polis anonim zənglərdən dərhal bu binalarda təxliyə apardıqdan sonra axtarışlara başlayıb.
Komitə növbəti hərrac keçirib
Sentyabrın 26-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələrinin əksəriyyətinin hərracı rəqabətli şəraitdə keçib. Bundan başqa, budəfəki hərracda qalib şəxslərdən biri onlayn şəkildə qatılan sifarişçi olub.
ATV-nin nəzdindəki radioların rəhbəri də vəzifəsindən uzaqlaşdırıldı (YENİLƏNİR)
Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin rəhbərliyi bötüvlükdə dəyişdirilib. Televiziyanın prezidenti Vüqar Qaradağlı, vitse-prezidenti Rauf Dadaşov vəzifədən kənarlaşdırılıblar.
Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, xidmətin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınmışdır.
ABŞ Cocuq Mərcanlıda proqram həyata keçirməyə başlayıb
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Cocuq Mərcanli kəndində iqtisadi inkişaf və icma bacarıqlarının artırılmasına dair proqram həyata keçirməyə başlayıb. ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, ABŞ-ın Cocuq Mərcanlıda fəaliyyətlərə qatılması USAİD-ın missiya rəhbəri Mikaela Meredisin kəndə səfərindən sonra mümkün olub.
Xalq rəssamı Asəf Cəfərovun 90 illik yubiley sərgisi keçiriləcək
Sentyabrın 26 – 30 tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı iləAzərbaycan Milli İncəsənət Muzeyində Azərbaycanın Xalq rəssamı Asəf Cəfərovun 90 illik yubiley sərgisi keçiriləcək. “Olaylar” bildirir ki, sərginin açılışı sentyabr ayının 26-da, saat 18:30-da təşkil olunacaqdır. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının və rəssamın ailə kolleksiyasından seçilmiş əsərləri nümayiş etdiriləcək.
Ülviyyə: "Müğənnilərə görə verilişimin çəkilişlərini dayandırmışam"
Aktrisa-aparıcı Ülviyyə Əliyeva şou-biznes nümayəndələrinin kaprizlərindən danışıb. Bu haqda aparıcının özü açıqlama verib: "Bildiyiniz kimi, televiziya kanallarının birində aparıcılıq edirəm. Veriliş zamanı məşhurlarla xoşagəlməz anlar yaşayıram. Belə ki, onların kadr arxası etdikləri kaprizlərə dözə bilmirəm. Bəzən əsəbiləşdirirlər. Elə məqam olub ki, verilişi yarıda dayandırmışam. Verilişin formatına uyğunlaşmaq istəmirlər. Sənətçilərlə işləmək olduqca çətindir".
Beynəlxalq Bankın daha bir vəzifəli şəxsinin məhkəməsi başlayır
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Nərimanov filialının Külli miqdarda mənimsəmədə təqsirləndirilən xəzinədarı Eynal Səfərovun cinayət işi məhkəməyə göndərilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin icraatında araşdırılacaq. Məhkəmənin hazırlıq iclası sentyabrın 27-ə təyin edilib.














