Komitə növbəti hərrac keçirib

Sentyabrın 26-da  Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a  verilən məlumata görə, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələrinin əksəriyyətinin hərracı rəqabətli şəraitdə keçib. Bundan başqa, budəfəki hərracda qalib şəxslərdən biri onlayn şəkildə qatılan sifarişçi olub.

Sentyabrın 26-da  Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən "Olaylar"a  verilən məlumata görə, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələrinin əksəriyyətinin hərracı rəqabətli şəraitdə keçib. Bundan başqa, budəfəki hərracda qalib şəxslərdən biri onlayn şəkildə qatılan sifarişçi olub. Özəlləşdirilən əmlaklar Bakı şəhərində yerləşir. Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtın Xətai, Suraxanı, Nərimanov rayonlarında yerləşir. Qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi isə 17-55 kvadratmetr arasında dəyişir. Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı 2 sifariş verilib. Bu zaman isə investorlar tərəfindən əmlaka edilən təkliflər ard-arda səsləndirilib. Belə ki, əmlakın ilkin start qiyməti 7 min 500 manat olduğu halda, ən son 12 min 200 manata özəlləşdirilib. Adı çəkilən obyektin  ümumi faydalı sahəsi 50 kvadratmetrə yaxındır. Bu qeyri-yaşayış sahəsi üzrə hərracın rəqabətli olması əmlakın həm münasib qiymətindən, həm də gəlir gətirmə potensialının yüksək olmasından xəbər verir. Obyekt investor üçün xidmət, iaşə sahəsində yaxşı qazanc gətirə bilər. Qeyri-yaşayış sahəsi üzrə keçirilən hərraclarla yanaşı hərraca çıxarılan avtomobillərə edilən təkliflərin çoxluğu prosesi daha da rəqabətli edib. Özəlləşdirilməyə çıxarılan "Toyota Land Cruiser GX" markalı avtomobilə 4 sifariş verilib. Həmin nəqliyyat vasitəsinin ilkin start qiyməti 9 min 500 manat olmasına baxmayaraq 13 min 545 manata sahibini tapıb. Qeyd edilməlidir ki, qalib evindən internet vasitəsilə onlayn qatılan sifarişçi olub. Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi "Nissan Sunny" olub. Adıçəkilən nəqliyyat vasitəsinə 5 sifariş verilib. İlkin start qiyməti 2 min manata olan "Nissan Sunny" ən son 3 min manata özəlləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31